İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Zelenski sülh yolunda ilk addımı açıqladı
“Ukraynada döyüş əməliyyatları 2,5 ildən çoxdur davam edir. Lakin enerji infrastrukturuna hücumların qarşılıqlı dayandırılması Rusiya-Ukrayna müharibəsinin qaynar fazasına son qoymaq üçün ilk addım ola bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində deyib.
“Biz onların enerji infrastruktur obyektlərinə hücum etmirik, onlar da bizimkilərə”, - deyə Zelenski bildirib.
Belə bir qərarın münaqişənin qaynar fazasının sona çatmasına gətirib çıxara biləcəyi ilə bağlı suala “Mən belə hesab edirəm”, - deyə Ukrayna lideri cavab verib.
Zelenski qeyd edib ki, bu həm də deeskalasiya istiqamətində əhəmiyyətli addım ola bilər.
Qeyd edək ki, “Washington Post” avqustda mənbələrə istinadən yazıb ki, Moskva və Kiyev münaqişənin gərginləşməsini azaltmaq üçün məxfi danışıqlara hazırlaşır. Vasitəçiliyi Qətər həyata keçirib, lakin Ukrayna qüvvələrinin Kursk bölgəsinə hücumları nəticəsində Rusiya müzakirələri dayandırıb.





















































