MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Nigar Fərhadın ərini DTX həbs edibmiş

Teleaparıcı Nigar Fərhadın ötən gün saxlanılması yenidən onun rəhbərlik etdiyi “AİD Group”la bağlı məsələni gündəmə gətirib.
“Qafqazinfo” xəbər verir ki, xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi üzrə zərərçəkənlərin sayı günbəgün artır. Onlar şikayətlərini eyni zamanda sosial şəbəkələr üzərindən ictimailəşdirməyə başlayıblar.
Bu məqamda məlum olub ki, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə bir müddət əvvəl məhz Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilib. Bu haqda Baku.es məlumat yayıb.
Artıq şirkətin rəhbəri Nigar Fərhad da daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Gün ərzində Nigar Fərhadın barəsində də həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “AİD Group” xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət Samir Yəhyazadə və həyat yoldaşı Nigar Fərhad tərəfindən yaradılıb. Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, eyni zamanda müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yəhyazadə isə əsasən Amerikanın Nyu-York şəhərində yaşayır, peşəkar İT mütəxəssisidir.






















































