Xəbər Lenti
Dün, 08:45
DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi
20-04-2025, 09:41
"Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
19-04-2025, 13:51
"Ən böyük vəzifə İNSAN olmaqdır!" » İdman » "Rinqdəki uğurumun arxasında müəllimlərimin əməyi dayanır" – Riad Abdullayevlə müsahibə
DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi
Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Qaynarinfo-nun məlumatına görə, müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.
DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilmişdir.
Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.