Menu
Xəbər Lenti
Xankəndi Stadionu açıldı
7-11-2026, 14:08

Xankəndi Stadionu açıldı

Sürücülərin nəzərinə!
7-11-2026, 08:00

Sürücülərin nəzərinə!

Anar Rzayevə ağır itki
5-11-2026, 07:54

Anar Rzayevə ağır itki

09 Kas 10:11Manşet / Gündəm

Bayraq Günümüzə sözardı...

"Azərbaycan,Türkiyə qardaşlığı məzhəb və siyasi ayrılıqlardan daha böyük tarixi dəyərdir".
8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Qarabağa və Şuşaya səfəri iki ölkə arasındakı tarixi münasibətlərin növbəti mühüm hadisəsidir.
Bu səfərin siyasi və mənəvi əhəmiyyəti yalnız diplomatik protokolla ölçülməməlidir. Türkiyə və Azərbaycan xalqlarını birləşdirən münasibətlər ortaq dil, mədəniyyət, tarixi yaddaş, qohumluq və taleyüklü hadisələr üzərində formalaşıb.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra Osmanlı dövləti ilə bağlanan 4 iyun Batum müqaviləsi əsasında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu yaradıldı. 15 sentyabr 1918-ci ildə Bakının azad edilməsi iki xalqın tarixində xüsusi yer tutdu.
1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi isə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi.
Bütün bunlar təsadüfi siyasi yaxınlaşma deyil, uzun tarixi prosesin nəticəsidir.
 
Bu gün diqqət yetirilməli məsələlərdən biri dini və məzhəbi fərqlərin siyasi mübarizə vasitəsinə çevrilməsidir.
Tarix göstərir ki, dini kimlik üzərindən formalaşdırılan düşmənçilik cəmiyyətlərdə uzunmüddətli parçalanmalara səbəb ola bilər.
1514-cü il Çaldıran döyüşü Osmanlı-Səfəvi münasibətlərində dini və siyasi rəqabətin necə qarşıdurmaya çevrilə bildiyini göstərən tarixi nümunələrdən biridir. Həmin qarşıdurmanın arxasında yalnız məzhəb fərqi deyil, dövlət maraqları, ərazi və regional nüfuz uğrunda mübarizə də dayanırdı.

Son günlər Türkiyə və Azərbaycan ictimai məkanında dini geyim, məktəb qaydaları və dövlətin dünyəvilik prinsipi ətrafında səslənən qarşılıqlı ittihamlar göstərir ki, həssas məsələlər emosional müzakirələrdən çıxarılaraq hüquqi və diplomatik müstəvidə dəyərləndirilməlidir.
Dini azadlıqların qorunması, dünyəvi dövlət prinsipləri, milli suverenliyə hörmət və qarşılıqlı müdaxilədən çəkinmək bir-birinə zidd anlayışlar kimi təqdim edilməməlidir.

Heç bir dini icmanın hüququ digər vətəndaşların hüquqlarını məhdudlaşdırmaq üçün əsas ola bilməz. Eyni zamanda, dövlətin dünyəvi xarakteri də vətəndaşların vicdan və dini etiqad azadlığının qorunması öhdəliyini aradan qaldırmır.
Bir millət, iki dövlət – bir-birinin daxili işlərinə hörmətlə yanaşılmalıdir

Bu gün Şuşada nümayiş etdirilən siyasi birlik və qarşılıqlı hörmət gündəlik siyasi mübahisələrdən üstün tutulmalıdır.

Azərbaycan Türkiyəsiz, Türkiyə Azərbaycansız təsəvvür edilə bilməz. Bir-birinin dövlətçilik iradəsinə və milli maraqlarına hörmət etmək hər iki döblət üçün başlıca amil olmalıdır.
Bizim ortaq tariximiz bizi birləşdirmək üçündür, bir-birimizə qarşı qoymaq üçün deyil.

Bir millət, iki dövlət - iki xalqın bir-birinin suverenliyinə və dövlətçilik maraqlarina hörmət etdiyi zaman həqiqi qardaşlıqdır.

Zəfər Bayramımız mübarək olsun!
Yaşasın Azərbaycan, Türkiyə qardaşligi.


PS.
9 noyabr Azərbaycanda Dövlət Bayrağ Güni kimi qeyd olunur. Arzulayaq ki, Azərbaycanımızın dövlət bayrağı daim ucalarda dalğalansın və dünya dövlətlərinin bayraqları arasında öz şahəngahlığını daim qoruyub saxlasın.

Elmar Həsənli,
Hüquqşunas-politoliq