KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
Kotanaxr kənd Bələdiyyəsinin sabiq sədri Lətifov Əli Qarakişi oğlunun vəfatı xəbərini dərin hüzn və kədər hissi ilə qarşıladım.
Bir həmyerli, eyni zamanda Zəfər Yolu saytının rəhbəri olaraq, mərhumun dünyasını dəyişməsi ilə əlaqədar ailəsinə, doğmalarına, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verirəm.
Əli Qarakişi oğlunun vəfatı ailəsi, yaxınları və doğma el-obası üçün böyük itkidir. Belə ağır və ağrılı günlərdə insanın sözlə ifadə edə bilmədiyi kədəri bölüşmək, ailəyə mənəvi dəstək olmaq xüsusi əhəmiyyət daşıyır.
Başda mərhumun oğlanları – Ağdaş şəhər inzibati ərazi dairə üzrə nümayəndəsi vəzifəsində çalışan Qara müəllim və Ağdaş Rayon Polis Şöbəsinin rəis müavini Röyal müəllim olmaqla, bütün ailə üzvlərinə, qohumlarına və yaxınlarına Allahdan səbir, dözüm və mənəvi güc diləyirəm.
Uca Allah mərhuma rəhmət eləsin, günahlarını bağışlasın, məkanını cənnət, ruhunu şad etsin. Bu ağır itki ilə üzləşən ailəsinə və doğmalarına səbir versin.
Başınız sağ olsun!
Jalə Ağakişiqızı
Zəfər Yolu saytının rəhbəri






















































