Menu
Xəbər Lenti
Bu rüsum 4 dəfə azaldılır
25-11-2026, 07:32

Bu rüsum 4 dəfə azaldılır

Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 07:40

Şahbaz Şərif Rusiyaya gedir

27 Kas 06:59Manşet / Şou-biznes

Məşhur aktyor gənc aktrisaya təcavüzdə ittiham edilir - Məhkəmə qarşısına çıxacaq

 

Fransa kinosunun tanınmış aktyoru, 77 yaşlı Jerar Depardye səkkiz il əvvəl gənc aktrisa Şarlotta Arnulda qarşı təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, apelyasiya məhkəməsi aktyorun şikayətini təmin etməyərək, onun mühakimə olunması barədə qərar çıxarıb.

İttihama görə, hadisə 2018-ci il avqustun 7-də Depardyenin Parisdəki evində baş verib. Həmin vaxt 22 yaşında olan və anoreksiya xəstəliyindən əziyyət çəkən Şarlotta Arnuld atasının dostu olan 69 yaşlı aktyorun evinə teatr məşqi məqsədilə getdiyini və orada təcavüzə məruz qaldığını bildirib. Məhkəmə 7 avqust tarixli epizod üzrə prosesin keçirilməsinə icazə versə də, 13 avqustda baş verdiyi iddia olunan ikinci epizod üzrə tələbi rədd edib.

Əvvəlcə sübut yetərsizliyi səbəbindən bağlanan iş 2020-ci ilin yayında aktrisanın təkrar şikayətindən sonra yenidən açılıb. Anonimlik hüququndan imtina edən Arnuldun vəkili müvəkkilinin bu məhkəməni uzun müddətdir gözlədiyini bildirib. Jerar Depardye isə bütün ittihamları qəti şəkildə təkzib edərək münasibətlərdə heç bir zorakılıq və ya məcburiyyət olmadığını deyib. Aktyorun müdafiə tərəfi qərardan Ali Məhkəməyə şikayət verib-verməyəcəyini hələ müzakirə edir.

Qeyd edək ki, Jerar Depardye son illər bir neçə oxşar qalmaqalın mərkəzində yer alıb. O, ötən ilin may ayında “Yaşıl panjurlar” filminin çəkiliş meydançasında iki qadına cinsi təcavüz etməkdə təqsirli bilinərək 18 ay şərti həbs cəzası alıb və adı cinsi cinayətkarlar reyestrinə salınıb. Aktyor ötən həftə bu hökmdən verdiyi apelyasiya şikayətini geri götürərək davranışına görə üzr istəyib. Bundan əlavə, Fransa polisi Depardye və yazıçı Mişel Uelbekin 2018-ci ildə bir çəkiliş zamanı kamera qarşısında bir qadına qrup halında cinsi təcavüz etməsi iddialarını da araşdırır.