Xəbər Lenti
Bugün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib.
Sərəncamda qeyd edilir ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.
Sərəncamla Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.























































