Xəbər Lenti
24-12-2024, 10:37
Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan Polisi, Avropa Polisinə Nümunədir! – FOTO+VİDEO
23-12-2024, 13:11
Vətəninə və dövlətinə sadiq xanım,məsuliyyət nümunəsi Könül Nəbizadə növbəti dəfə təftif edilib
23-12-2024, 10:43
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi 22.12.2024 ilin yekun tədbirini keçirib.
11 Ara 18:06Manşet
Əbədiyaşarlıq nümunəsi
Dünyada mənsub olduğu xalqların tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir. Öz xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında XX əsrin qüdrətli liderlərindən biri kimi qəbul olunur. Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynamış Heydər Əliyev özünün ədalətli mübarizəsi və parlaq əməlləri ilə həm də ümumiyyətlə cəmiyyətin və insanlığın tarixi təkamülünə xidmət göstərmişdir. O, tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarmışdır. Uzaqgörən tarixi şəxsiyyətin keçdiyi məsuliyyətli və şərəfli yol, apardığı mübarizə, qazandığı nailiyyətlər başqa xalqlar üçün də düşündürücü və ibrətamiz nümunə olmuşdur. Beləliklə, Azərbaycanın çoxəsrlik tarixi salnaməsinə öz adını yazmış görkəmli dövlət xadimi Heydər Əliyev digər xalqlar üçün də liderlik nümunəsi kimi qəbul edilmişdir.
Müasirlərinin xatirələrinə əsaslanaraq belə nəticəyə gəlmək mümkündür ki, liderlik istedadı Heydər Əliyevdə hələ gənclik illərindən müşahidə olunmuşdur. Naxçıvan Pedaqoji Texnikumunda onunla birlikdə təhsil almış AMEA-nın müxbir üzvü Səfərəli Babayev tələbə yoldaşlarının Heydər Əliyevi öz aralarında marşal adlandırdıqlarını onun tələbəlik dövründən mənəvi cəhətdən məğrur və cəsarətli olması ilə əlaqələndirmişdir. Başqa bir tələbə yoldaşı Zərqələm Əliyeva da xatirələrində Heydər Əliyevdən xilaskar kimi söz açmışdır. Heydər Əliyev şəhər mühitinin çətin sınaqlarında sadə kəndli tələbə qızların etibarlı arxası olmuşdu. Ali və orta ixtisas təhsili üzrə qiymət cədvəllərindəki "əla" qiymətlər Heydər Əliyevin bilik səviyyəsinin və istedadının, "marşal" və "xilaskar" kimi tanınması isə cəsarəti və uzaqgörənliyinin göstəricisi idi. Keçdiyi keşməkeşli və şərəfli ömür və mübarizə yolunun dərsləri, fitri istedadı, cəsarətli və uzaqgörənliyi Heydər Əliyevin bütövlükdə həyat və mübarizə yolunun barometri olduğunu ifadə etməyə tam əsas verir. Sadəcə olaraq onu nəzərə almaq lazımdır ki, şəxsiyyətin mühüm göstəriciləri olan həmin çoxcəhətli dəyərlər Heydər Əliyevdə adi insanlarda olan eyni keyfiyyətlərdən fərqli şəkildə təzahür etmişdir. Belə ki, istedadlı insanların mütləq əksəriyyəti konkret bir sahədə müəyyən bir istiqamət üzrə özlərinin fərqli qabiliyyətlərini nümayiş etdirdikləri halda, Heydər Əliyevin simasında bu, kompleks şəkildə təzahür etmişdir. Hələ gənclik və tələbəlik illərindən müasirləri arasında marşallıq, rəssamlıq, memarlıq, aktyorluq, xilaskarlıq istedadı ilə fərqlənən Heydər Əliyev sonralar fenomenal yaddaşı, cəmiyyət həyatının bütün sahələrini əhatə edən hərtərəfli bilik və qabiliyyətləri ilə səciyyələnmişdir. Tarixdə silinməz izlər açmış siyasi-təşkilati idarəetmə məharəti ilə o, mükəmməl dövlətçilik istedadına da malik olduğunu isbat etmişdir.
Çoxcəhətli qabiliyyətlərə və nadir istedada malik olan görkəmli dövlət xadimi Heydər Əliyev dünya dövlətçilik təcrübəsində və Azərbaycan dövlətçiliyi tarixində ən universal dövlət xadimidir. Nəinki Azərbaycan dövlətçiliyində, hətta dünya miqyasında universal qabiliyyətlərə malik olmaq baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək dövlət xadimi göstərmək çətindir. Bu baxımdan universal qabiliyyətlərə malik olması ilə Heydər Əliyev dünya və Azərbaycan dövlətçiliyinin tarixinə öz imzasını qızıl hərflərlə yazmışdır. Heydər Əliyevin çoxcəhətli istedadı və zəngin dövlət idarəçiliyi təcrübəsi Azərbaycan dövlətçilik tarixinin nadir hadisəsidir.
Dövlət idarəçiliyində və böyük siyasətdə hər şeydən qabaq mənsub olduğu xalqa arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Heydər Əliyev özünün çoxillik mübarizə yolunda dövlətçilik anlayışı ilə ümummilli idealların vəhdətinin geniş mənada əbədiyyətə xidmət etmək nümunəsi olduğunu təsdiq etmişdir. Heydər Əliyev fenomeni - dövlətçiliklə xalqa xidmətin sarsılmaz vəhdətindən ibarətdir. Dövlətə və xalqa xidmətin möhtəşəm birliyi Heydər Əliyevin dövlətçilik istedadının möhürüdür. Görkəmli dövlət xadimi Heydər Əliyev mənalı həyatının bütün mərhələlərində rəhbərlik etdiyi Azərbaycan dövlətçiliyinə və mənsub olduğu Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanının çətin və mürəkkəb siyasi-ideoloji şəraitində o, hakim kommunist partiyasının ideyalarının deyil, Azərbaycan xalqının milli maraqlarının həyata keçirilməsinə nail olmağı bacarmışdır. Bu cəhətdən Heydər Əliyev bütün məqamlarda, ən çətin zamanlarda xalqına yol açmaq vəzifəsini öz üzərinə götürmüşdür. Azərbaycan Dövlət Universitetinin 1969-cu ildə keçirilmiş 50 illik yubileyi mərasimində Sovet Azərbaycanının rəhbərinin doğma ana dilində məruzə etməsi nəinki respublikada, hətta keçmiş Sovetlər İttifaqı miqyasında böyük əks-səda doğurmuşdur. Dövlət başçısının rəsmi tədbirdə hakim iqtidarın yox, mənsub olduğu xalqın dilində nitq söyləməsi o dövrün şərtlərinə görə rast gəlinməyən qeyri-adi bir hadisə idi. Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri Heydər Əliyevdən qabaq SSRİ-nin təcrübəsində buna bənzər hər hansı bir hadisə baş verməmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyev Sovetlər İttifaqında siyasi-ideoloji mühiti milli-mənəvi dəyərlərə, ölkə maraqlarına dəyişdirməyə doğru qeyri-adi dərəcədə cəsarət nümunəsi göstərən nadir dövlət xadimi idi. Sovetlər İttifaqı dövründə nəinki özündən əvvəl, hətta sonralar da digər müttəfiq respublikalarda belə bir hadisə təkrar edilməmişdir. Bu, sadəcə ölkə miqyasında keçirilən mühüm bir tədbirdə ana dilində danışmaq nümunəsi olmayıb, respublika rəhbərinin dövlət işini mənsub olduğu xalqa doğru istiqamətləndirməsinin, Azərbaycançılıq missiyasının parolu idi. Bu tarixi hadisədən sonrakı dövrdə Azərbaycanda baş vermiş ədəbi-mədəni hadisələr Azərbaycançılıq amalının Heydər Əliyev üçün əsas meyar olduğunu nümayiş etdirmişdir. Heydər Əliyevin siyasi iradəsi ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi də həmin dövrün nadir tarixi hadisəsi idi.
Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin ölkədə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilməsi, onlara SSRİ-nin ən yüksək fəxri adlarının verilməsi, hətta bəzi tədbirlərin (məsələn, İmadəddin Nəsiminin yubileyinin) UNESCO miqyasında keçirilməsi Sovet Azərbaycanının rəhbərinin Azərbaycançılıq üfüqlərini təsəvvür etmək üçün əsas verir. Heydər Əliyev sərt sovet rejimi çərçivəsində azərbaycançılıq ideyalarını həyata keçirmək istedadı nümayiş etdirən görkəmli dövlət xadimidir. Azərbaycançılıq istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətlə Heydər Əliyev xalqımızı dövlət müstəqilliyinə hazırlamışdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində müstəqillik, dövlətçilik və azərbaycançılıq baxımından ölkəmiz və xalqımız digər müttəfiq respublikalardan bir tarixi mərhələ qabaqda olmuşdur. Heydər Əliyev bütün məqamlarda zamanı qabaqlamağı bacarmış liderdir.
Keçid dövrü adlandırılan 1988-1991-ci illərdə, ümumiyyətlə, XX əsrin doxsanıncı illərinin ortalarına qədər keçmiş SSRİ-də və Azərbaycanda baş verən bütün ictimai-siyasi hadisələr görkəmli dövlət xadimi Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə əlaqədardır. SSRİ adlandırılan dövlətin çökdürülməsində Heydər Əliyevin atdığı addımların böyük təsiri olmuşdur. Xalqımızın taleyində ən faciəli hadisə olan SSRİ güc orqanlarının 20 yanvar 1990-cı ildə Bakı şəhərində törətdiyi qanlı fəlakət həyatının siyasi mühacirət dövrünü yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevin bir gün sonra Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gələrək ciddi siyasi bəyanatla çıxış etməsi xarakteri etibarilə milli azadlıq hərəkatına çevrilmişdir. SSRİ-nin əsas rəhbər simalarından biri olmuş və istefaya göndərildiyi üçün hər addımı sovet imperiyasının nəzarətində olan Heydər Əliyevin 21 yanvar 1991-ci il tarixdə Moskva şəhərindəki Azərbaycan daimi nümayəndəliyindəki siyasi bəyanatı təkcə Azərbaycanda milli-azadlıq hərəkatına təkan verməklə qalmayıb, digər müttəfiq respublikalarda da sovet imperiyasına qarşı mübarizə aparan milli qüvvələri cəsarətləndirmişdir. Bu mənada Heydər Əliyevin 21 yanvar 1990-cı il Moskva bəyanatı SSRİ-nin çökməsinin parolu kimi səslənmişdir. Eyni zamanda kommunist partiyasının əsas rəhbərlərindən biri olmuş Heydər Əliyevin xalqının xeyrinə dəyişən zamanı düzgün qiymətləndirərək, Siyasi Büro üzvləri arasında birinci olaraq hələ hakimiyyətdə qalan partiyanın sıralarından çıxması da SSRİ-nin dağılmasına təsir göstərən faktorlardan birinə çevrilmişdir. Bundan başqa, həyatını böyük risklər qarşısında qoyaraq, çox çətin şəraitdə Kremlin sədlərini qıraraq Vətənə qayıtması da Heydər Əliyevin mürəkkəb ictimai-siyasi böhranlar dövrünü yaşayan Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə dəstəyinin bariz nümunəsi idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi bu siyasi təşkilatın rəsmi iclasına sədrlik edərək, böyük cəsarətlə Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsinə nail olması dövlət müstəqilliyi uğrunda mübarizənin nadir tarixi hadisəsidir. SSRİ-nin dağılmasından 11 ay əvvəl baş vermiş üçrəngli bayraq hadisəsi Heydər Əliyevin cəsarəti ilə yanaşı, həm də böyük uzaqgörənliyinin əməli ifadəsidir.
Eyni zamanda məhz Heydər Əliyevin siyasi iradəsi və böyük uzaqgörənliyi sayəsində 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ciddi surətdə itirilmək təhlükəsi ilə üzləşmiş müstəqil dövlətimizin xilas edilməsinin ən böyük hadisəsi olmuşdur. Beləliklə, Heydər Əliyev Azərbaycanda milli azadlıq hərəkatına əsl dövlət xadimi və uzaqgörən lider kimi böyük xidmət göstərmiş, dövlət müstəqilliyi uğrunda mübarizəyə ilham və dəstək vermişdir. Bütün bunlara görə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin banisi və böyük qurucusudur.
Azərbaycan xalqının tarixi taleyinin ən böyük hadisəsi olan müstəqil Azərbaycan Respublikasına ən çətin şəraitdə böyük bacarıqla rəhbərlik etməsi, ölkəmiz və xalqımız qarşısında əsl xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməsi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə ən böyük xidmət nümunəsidir. Ulu Öndərin Azərbaycan Respublikası Milli Məclisinin Sədri kimi fəaliyyətə başladığı 15 iyun tarixinin ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd edilməsi ilə müstəqil dövlətimiz özünün siyasi dayaqlarını qəti şəkildə möhkəmləndirmişdir. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan Respublikasında yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə dövlət müstəqilliyinə münasibətdə nəzərə çarpmaqda olan ümidsizlik və çaşqınlıq mərhələsi arxada qalmış, xalqımızda sabaha doğru böyük inam yaranmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etməsi ilə müstəqil dövlətimiz parçalanmaqdan, yox olmaqdan, real vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Siyasi fəaliyyətinin bu tarixi mərhələsində də Heydər Əliyev üçün xalq və dövlət anlayışları bir-birini möhkəm surətdə tamamlamışdır. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev xalqımızı qardaş qırğınından, ölkəmizi isə dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir. Məkrli xarici qüvvələrin planları əsasında yerli xəyanətkar qüvvələrin iştirakı ilə törədilmiş dövlət çevrilişi cəhdləri Heydər Əliyevin xalqı öz ətrafında birləşdirmək bacarığı sayəsində dəf edilmişdir. Heydər Əliyevin ölkə daxilinə yerləşdirilmiş separatçı qüvvələri sıradan çıxarması və ictimai-siyasi sabitliyə nail olması dövlət müstəqilliyi andına əsl sədaqətin və əməli xidmətin canlı ifadəsidir. Dünya tarixinə "Əsrin müqaviləsi" hadisəsi kimi daxil olmuş məşhur neft kontraktlarının imzalanması Azərbaycanda siyasi-iqtisadi böhranın aradan qaldırılması sahəsində ən həlledici hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan "Əsrin müqaviləsi" geniş mənada müstəqil Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdəki yerini möhkəmləndirən və siyasi-iqtisadi rolunu daha da artıran möhtəşəm hadisədir. Böyük güclərin toqquşan maraqlarının və region dövlətlərinin fərqli münasibətlərinin olmasına baxmayaraq, Heydər Əliyevin böyük siyasi məharəti sayəsində baş tutmuş "Əsrin müqaviləsi" özünün siyasi-iqtisadi əhəmiyyətinə görə əsrin əfsanəsi adlandırılmağa layiqdir.
Müstəqil Azərbaycan dövlətinin tarixi taleyində Heydər Əliyevin siyasi iradəsi ilə ölkəmizin Konstitusiyasının qəbul edilməsi, Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul olması, Ermənistan-Azərbaycan münaqişəsinin dayandırılması üçün atəşkəslə bağlı sazişin bağlanılması və digər hadisələr əhəmiyyətli rol oynamışdır. Heydər Əliyev özünün düşünülmüş siyasi gedişləri ilə regionda və Azərbaycanda tarixin təkərini dəyişdirməyi bacarmışdır. Məhz Heydər Əliyevin diplomatik məharəti sayəsində Qarabağ ətrafında dünyada yayılmış yalançı erməni təbliğatı dağıdılmışdır. Azərbaycan gerçəkliklərinin dünyada tanıdılması baxımından Heydər Əliyev təkbaşına dünya erməni lobbisinə və onların tərəfdarlarına qalib gəlmişdir. Bütün bunlar Azərbaycanda dövlət müstəqilliyinin müqəddəratının həll edilməsində xüsusi əhəmiyyətə malik olan tarixi hadisələrdir.
Azərbaycanda elm və təhsilin inkişafında da görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının inkişafının və yenidən qurulmasının əsas hadisələri Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. Sovet hakimiyyəti illərində akademiyada elmi tədqiqat institutlarının şəbəkəsinin genişləndirilməsi, akademiyada təsərrüfat hesablı xüsusi Konstruktor Bürosunun yaradılması və fəaliyyətinin təşkili yalnız respublikanın birinci şəxsinin keçmiş Sovetlər İttifaqının rəhbər dairələrindəki nüfuzu hesabına həll edilə bilən məsələlər idi. Çünki akademiyada fəaliyyət göstərən xüsusi konstruktor büroları dövlət sifarişləri əsasında büdcədənkənar vəsaitlər əldə etmək imkanına malik idi. Büdcədənkənar vəsait anlayışı bugünkü mənada sahibkarlıq fəaliyyətindən əlavə gəlirlər əldə etmək demək idi. Bu isə akademiyada sosializm sistemi ilə bir araya sığmayan, özündə kapitalizmin elementlərini daşıyan sahibkarlıq subyektləri olan xüsusi konstruktor bürolarının yaradılması demək idi. İqtisadi cəhətdən faydalı olan xüsusi konstruktor büroları siyasi-ideoloji cəhətdən sosializm dövrünün akademiyasına uyğun deyildi. Bütün bunlara görə Azərbaycan SSR Elmlər Akademiyasında xüsusi konstruktor büroları şəbəkəsi təşkil etmək üçün təkcə SSRİ Elmlər Akademiyası rəhbərliyinin yox, hökmən sovet dövlətinin siyasi rəhbərliyinin də razılığını almaq lazım idi. Azərbaycan Sovet Sosialist Respublikasının nüfuzlu və uzaqgörən rəhbəri Heydər Əliyev SSRİ rəhbərliyindən belə bir razılığı almağı bacarmışdı. Sovetlər İttifaqı dövründə Azərbaycan SSR Elmlər Akademiyasına dövrün əsas təltiflərindən olan "Xalqlar dostluğu" ordeninin verilməsi də bütün istiqamətlər üzrə Azərbaycanı irəli aparmaq proqramının tərkib hissəsi idi.
Müstəqillik dövründə də Ulu Öndər Azərbaycan elminin inkişaf etdirilməsinə böyük xidmət göstərmişdir. Akademiyaya Azərbaycan Milli Elmlər Akademiyası statusunun verilməsi ölkəmizdə mövcud olan elmi ənənədən fərqli olaraq bu dövlət elmi təşkilatının ölkəmizin və xalqımızın milli maraqlarına və dövlətçilik mənafelərinə xidmət etməyə doğru istiqamətləndirilməsinin təmin edilməsi demək idi. SSRİ-dən ayrılmış müttəfiq respublikalardan heç birinin akademik qurumunun adına "milli" sözü əlavə edilməmişdir. Azərbaycan Respublikasında isə təkcə Milli Elmlər Akademiyasına deyil, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə və Azərbaycan Tarixi Muzeyinə də milli statusu verilmişdir. Bütün bunlar Azərbaycanda akademik elmi mühitin mahiyyətinin əsaslı şəkildə dəyişdirilərək, keçmişdəki ideoloji xarakterli elmi qurumdan ölkə maraqlarına xidmət edən milli akademik quruma keçidə hesablanmış dövlət səviyyəli addımlar idi. Heydər Əliyevin Azərbaycan elminə açdığı işıqlı yol bu gün də alimlərimiz və elmi qurumlarımız üçün əhəmiyyətli olan üfüqlərdir.
Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana çoxillik rəhbərliyi dövründə həmişə azərbaycançılıq, vətənpərvərlik və müdriklik nümunəsi göstərmişdir. Heydər Əliyev sağlığında ikən mənsub olduğu xalqın Ümummilli Lideri kimi etiraf olunmuşdur. Keçmiş SSRİ rəhbərlərindən heç biri nəinki öz sağlığında, hətta sonrakı dövrlərdə də Ümummilli Lider statusu qazana bilməmişdir. Böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir. Eyni zamanda Heydər Əliyev öz epoxasını yaratmış tarixi şəxsiyyətdir. Heydər Əliyev epoxası - Azərbaycan xalqının iqtisadi-mədəni gerilikdən inkişaf etmiş ölkələrdən birinə çevrilmək dövrü demək idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycan dövlətini dönmədən irəli aparmaqda davam edir. Ölkəmizdə Heydər Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq idealları yaradıcı şəkildə yeniləşdirilərək və zənginləşdirilərək yaşadılmaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi dərin və əsaslı islahatlar Azərbaycan Respublikasını inkişaf etmiş bir regiona çevirmişdir. İlham Əliyevin həyata keçirdiyi hərtərəfli inkişaf proqramı Azərbaycan xalqına bütün sahələrdə böyük uğurlar qazandırmışdır. Xüsusən Müzəffər Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi tarixlərə sığmayacaq qədər möhtəşəm hadisədir. İtirilmiş torpaqlarımızın Vətən müharibəsində qazanılmış tarixi zəfərdən sonra böyük sürətlə yenidən qurulması əfsanələrin, nağılların gerçəkləşdirilməsi deməkdir. Möhtəşəm tarixi zəfərlərə imza atılması və yeni üfüqlərə doğru hərəkatın genişlənməkdə davamı etməsi Azərbaycan Respublikasının İlham Əliyev erasının reallıqlarıdır. Qarabağ zəfəri və Böyük qayıdış hərəkatı misilsiz qəhrəmanlıq nümunəsidir. Heydər Əliyev epoxasının böyük dərslərindən keçmiş Azərbaycan xalqı Prezident İlham Əliyev erasının irəliyə doğru çağırışlarının işığında böyük gələcəyə doğru qətiyyətlə yol gedir.
Azərbaycan xalqının əbədiyaşarlıq nümunəsi qazanmış Ümummilli Lideri Heydər Əliyevin tarixi dərsləri sabahlara gedən yollarda xalqımıza bələdçilik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev İli" elan etməsi görkəmli dövlət xadiminin müstəqil dövlətçilik və azərbaycançılıq ideallarının geniş miqyasda təbliğ edilməsi vasitəsilə gələcəyə baxışın daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev dünya siyasətinin və xalqımızın irəliyə doğru inkişafının önündə getməklə yeni tarixi epoxanın lideri kimi ölkəmizi qələbədən-qələbəyə aparmağın yeni-yeni nümunələrini göstərir.