Xəbər Lenti
Bugün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18 Ara 04:59Mədəniyyət
Aktrisa: Yeganə tamaşadır ki, bitəndən sonra günlərlə təsiri altında qalıram
Dekabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanmış “Aktyor əbədiyyətə qovuşanda” tamaşası növbəti dəfə nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, birhissəli psixoloji dram olan və aktyorların həyatından bəhs edən səhnə əsəri bir saat davam edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmov, eyni zamanda tamaşada Tom rolunu canlandırıb. Yeva rolunu isə teatrın aktrisası Bahar Həmzəyeva oynayıb. Səhnədə baş verən hadisələr çox maraqlı, dərin psixoloji məqamlar tamaşaçılara həyəcanlı anlar yaşadıb.
Tamaşadan sonra fikirlərini AZƏRTAC-la bölüşən Bahar Həmzəyeva deyib: “Bəlkə yeganə tamaşadır ki, təkrar oynamağıma baxmayaraq, hər dəfə bitəndən sonra günlərlə onun təsiri altında qalıram və düşünürəm ki, bəli, aktyorlar ölmürlər, əbədiyyətə qovuşurlar. Eyni zamanda, tamaşaçılar da bunu etiraf edirlər. Bu tamaşanı böyük həvəslə oynayıram”.
Nazir Rüstəmov xorvat yazıçısı və dramaturqu Miro Qavranın tamaşalarının dünyanın bir çox ölkələrində oynanıldığını bildirib. Səhnə əsərinə quruluş verən rejissor qeyd edib ki, tamaşa boyu xorvat musiqilərindən istifadə edilib: “Pyes əslində çox böyükdür və redaktə edərkən tamaşaçıların yorulmaması, kifayət qədər zövq alması üçün ən xırda detallara da diqqət etmişəm. Pyesdə Maksim Mrviçanın ifasında Tonçi Huljiçin və Klod Debüssinin musiqilərindən istifadə olunub. Düşünürəm ki, psixoloji məqamları, qəhrəmanların daxili təlatümlərini tamaşaçılara təqdim edə bildik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin