Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Bugün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
Dün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dün, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

08 Ara 02:58Siyasət

Assosiasiya rəhbəri: “Qarabağ öz mədəni irsini bərpa etmək yolundadır”

Qarabağ bölgəsi öz mədəni irsinin bərpası yolundadır.

Bu barədə Trend-ə Rumıniya İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoletta Zaqura “ICOMOS” nümayəndə heyətinin tərkibində Qarabağa səfəri zamanı deyib.

“Bu gün Qarabağda gördüyümüz dağıntılar şokedici mənzərədir. Mən başa düşə bilmirəm ki, şəhərlərin çiçəklənməsini necə pozmaq olar, çünki onlar hərbi obyekt deyil”, - deyə N.Zaqura bildirib.

O qeyd edib ki, Qarabağda mədəni irsin bərpası ilə məşğul olan insanlar böyük işlər görürlər:

“Mən burada məscidin bərpası ilə məşğul olan rumıniyalı həmkarımla görüşdüm. Mən çox şadam ki, Rumıniyadan olan mütəxəssislərimiz Azərbaycanda işləyir və Qarabağ bölgəsinin bərpasına kömək edirlər”, - deyə Assosiasiya prezidenti əlavə edib.