Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

12 Ara 02:37Siyasət

TADEF: Ulu Öndərin fikirləri yolumuza işıq salmaqda davam edəcək

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mesaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, TADEF-in idarə heyətinin sədri Ədalət Turanın imzası ilə yayımlanan mesajda deyilir: “Azərbaycan Respublikasının müstəqillik əldə etməsinin və millətlər ailəsində hörmətli yer tutmasının memarı ulu öndər, ümummilli lider Heydər Əliyevin aramızdan ayrılmasından 19 il ötür.

Mərhum Prezident Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr edib. O, prezidentliyi dövründə Vətənin bütövlüyü, milli tarix, milli ədəbiyyat və ölkənin parlaq gələcəyi kimi dəyərlər ətrafında xalqın birləşməsinə nail oldu.

Sağlığında Azərbaycan dövlətinin gələcəyini sarsılmaz təməllər üzərində inşa etdi. Millətin birliyini təmin etdi, əmin-amanlığı, rifahı artırdı. Azərbaycanı regionun və dünyanın ən hörmətli dövlətinə çevirdi.

Onun övladı və yolunun davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərdən miras qalan bayrağı daha da yüksəklərə qaldırdı. Ən əsası, Ümummilli Liderin Qarabağın düşmən işğalından azad edilməsi vəsiyyətini yerinə yetirərək təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının ürəyinə su səpdi.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq vəfatının 19-cu ilində ulu öndər Heydər Əliyevi rəhmət və minnətdarlıqla yad edirik. Onun fikirləri yolumuza işıq salmaqda davam edəcək”.