Xəbər Lenti
Bugün, 13:11
Vətəninə və dövlətinə sadiq xanım,məsuliyyət nümunəsi Könül Nəbizadə növbəti dəfə təftif edilib
Bugün, 10:43
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi 22.12.2024 ilin yekun tədbirini keçirib.
21-12-2024, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
19 Ara 17:37Siyasət
Müdafiə Nazirliyinin “Kommunikasiya strategiyası” ordu-media münasibətlərinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfədir
Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarı ilə qüvvəyə minmiş nazirliyin “Kommunikasiya strategiyası” ordu-media-cəmiyyət münasibətlərinin inkişafında növbəti müsbət addımdır. Müdafiə Nazirliyinin KİV-lə, həmçinin ictimaiyyətlə apardığı işin, həyata keçirilən birgə layihələrin daha səmərəli icrasına yönəlmiş “Kommunikasiya strategiyası” nazirliyin strukturuna daxil olan qurumların fəaliyyətinin daha sıx, əlaqəli şəkildə təşkilinə əhəmiyyətli töhfə verir. Bu sənəd nazirliyin ictimaiyyətlə, eləcə də media ilə fəaliyyətinin ideoloji əsaslarını, istiqamətlərini, icra mexanizmlərini, görülən işlərin təhlilini, həmçinin gələcək planların, qarşıda duran vəzifələrin dəqiqləşdirilməsini özündə tam ehtiva edir.
Bu fikirlər hərbi jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa Eldaroğlunun Müdafiə Nazirliyinin “Kommunikasiya strategiyası” ilə bağlı qeydlərində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində böyük nailiyyətlər qazanıldı. Məhz bu uğurlar, aparılan düzgün islahatlar, atılan qətiyyətli addımlar Azərbaycan Ordusunu daha da gücləndirdi və tarixi Qələbəyə istiqamətləndirdi. Ordumuz böyük əzmlə döyüşə atılaraq şanlı Zəfər qazandı. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və tarixi ədalət bərqərar oldu.
Ordu quruculuğu istiqamətində görülən tədbirlər bu gün də davam etdirilir. Vətən müharibəsinin təcrübəsi dərindən təhlil olunur, bir çox yeniliklər tətbiq edilməklə müasir silah-sursat, hərbi avadanlıq, avtomatik idarəetmə sistemləri və dünyada mövcud olan ən yeni texniki vasitələr ordumuzun arsenalına daxil edilir. Keçirilən təlimlərdə isə onların praktiki istifadəsi həyata keçirilir.
Ordu xalqın və cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğu üçün bölgədə, qlobal dünyada baş verən proseslər ona da öz təsirini göstərir. Həyatımıza sürətlə daxil olan rəqəmsal innovasiyalar, texnoloji yeniliklər idarəetmədə yeni üsulların tətbiqini şərtləndirir və daha operativ reaksiyalar verməyə, cəld hərəkət etməyə sövq edir. Məlumat və xəbərlərin dərhal paylaşılmasına köklənmiş rəqəmsal dünyanın tətbiqləri ölkədə və idarəetmə orqanlarında effektiv kommunikasiya siyasətinin aparılmasını diktə edir. Müdafiə Nazirliyi yeniliklərlə ayaqlaşır və fəaliyyətini qeyd olunanları nəzərə almaqla qurur. Orduda keçirilən təlim və müxtəlif mövzulu tədbirlərə maraq səngimir. Çoxsaylı oxucu kütləsinin, media-resurslarının, eləcə də ölkə və dünya ictimaiyyətinin hərbi xəbərlərə böyük maraq göstərməsi, sosial şəbəkələrdə, elektron KİV-də məlumatın ani sürətdə dərc edilməsi media ilə əlaqələrin daha da çevik həyata keçirilməsini şərtləndirir. Bu, artıq zamanın tələbidir. Müzakirələrə, gərgin diskussiyalara səbəb olan kommunikasiya siyasətində medianın əhəmiyyəti mövzusu da yuxarıda sadalanan yeniliklərin tətbiqi ilə qarşılıqlı əlaqələrin daha düzgün, səmərəli qurulmasına töhfə verir.
Kompüter texnologiyalarının inkişafı, eləcə də hadisələrlə bağlı informasiyaların ötürülməsi, paylaşılması imkanlarının genişliyi müəyyən üstünlüklərlə yanaşı, əngəllər də törədir. Bu da informasiyanın sızdırılması ilə bağlıdır. Müasir həyat ritmindən irəli gələn bu məsələ dövlət qurumlarından və digər müəssisələrdən rəsmi açıqlamaların daha operativ şəkildə ictimailəşdirilməsini və yürütdüyü kommunikasiya siyasətinin çevik olmasını tələb edir.
Xüsusilə qeyd etmək lazımdır ki, bu operativlik, informasiya təhlükəsizliyinin pozulmasına, hərbi və dövlət sirlərinin yayılmasına səbəb olmamalı, neqativ hallara şərait yaratmamalı, dövlətimizin maraqlarını qorumalıdır. Bu işlər həyata keçirilərkən əsas diqqət qanunlara riayət edilməsinə, hərbi və xidməti məlumatların yayılmasının qarşısının alınmasına yönəldilməlidir. Yəni, ictimai rəy formalaşdıracaq məlumatların ictimaiyyətə açıqlanması operativ olmaqla yanaşı, fakt və rəqəmlərin dürüstlüyü, statistik məlumatların dəqiqliyi də rəsmi təsdiqini tapmalıdır. Eyni zamanda, hadisə və faktla bağlı adları çəkilən insanların da maraq və hüquqları mütləq mənada nəzərə alınmalıdır. Qeyd etməliyik ki, son bir neçə il ərzində Müdafiə Nazirliyində bu məsələ ilə bağlı böyük iş görülüb. Media nümayəndələri və ictimaiyyətlə əlaqələr, həmçinin birgə layihələrin icrası xeyli intensivləşib.
Kommunikasiya siyasətindən danışmazdan əvvəl bir məsələyə toxunmaq vacibdir. Texnoloji yeniliklərin həyatımızın tərkib hissəsinə çevrildiyi bir dövrdə ən əsas məsələ informasiya təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sosial şəbəkələrdən, ünsiyyət tətbiqlərindən və digər internet media platformalarından istifadə edilməsi zamanı informasiya təhlükəsizliyinə riayət olunması ilə bağlı internet resursları üzrə monitorinqlər və təhlillər aparılıb. Nəticədə məlum olub ki, son zamanlar Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən hərbi geyim formasında, eləcə də xidmət sahələrinə aid inzibati bina, qurğu, obyekt və ərazilərdə, habelə, silah və müxtəlif hərbi texnikaların yanında foto və videoçəkilişlər aparmaqla yanaşı, iş, vəzifə, ailə, xüsusən də hərbi sahəyə aid məlumatların müxtəlif sosial şəbəkələrdə paylaşılması və bununla da informasiya təhlükəsizliyinin pozulması, bəzən isə dövlət sirri təşkil edən hərbi məlumatların yayılması hallarına yol verilib.
Müxtəlif platformalarda hərbi qulluqçuların şəxsi və xidməti məlumatlarını, foto və videoçəkilişlərini paylaşması halları, düşmən və digər xarici xüsusi xidmət orqanları tərəfindən həmin şəxslərin Azərbaycan Ordusuna mənsub olduğunun müəyyənləşdirilməsi və gizli əməkdaşlığa cəlb edilməsi üçün münbit şərait yaradır. Bu, yolverilməzdir.
Eyni zamanda, həmin hərbi qulluqçuların sosial şəbəkələrdə ünsiyyətdə olduğu insanlarla bölüşdükləri məlumatlardan istifadə etməklə qarşı tərəfin məlumat paylaşanların özlərinə qarşı müxtəlif məqsədlər üçün şantaj xarakterli addımların atılması və digər nüfuzdansalıcı təzyiqlərin ediləcəyi halları da qaçılmazdır. Yəni, bəziləri bilərəkdən, yaxud bilməyərəkdən, bəzən isə sadəlövhlükdən “səmimiyyətinə” inandıqları çirkin niyyətli insanların və qurumların toruna düşə bilərlər. Bu cür hadisələr öz səhvləri ucbatından əlacsız, çıxılmaz vəziyyətə salınan şəxsləri arzuolunmaz səmtə yönəldir, ümumilikdə isə ordumuzun nüfuzuna böyük xələl gətirir.
Belə neqativ halların qarşısının alınması və mövcud problemlərin aradan qaldırılması məqsədilə Müdafiə Nazirliyi tərəfindən hərbi hissə və birləşmələrdə böyük işlər görülür, maarifləndirici tədbirlər keçirilir. Bu barədə də ictimaiyyətə nazirlik tərəfindən mütəmadi məlumat verilir, media vasitəsilə müraciətlər yayılır.
Müasir informasiya-kommunikasiya sistemlərinin geniş tətbiq edildiyi bir dövrdə Ermənistan və digər ölkələrin xüsusi xidmət orqanlarının ixtiyarında olan kiberkəşfiyyat və kiberhücum vasitələrinin davamlı inkişafını nəzərə alaraq, Müdafiə Nazirliyində bir çox qabaqlayıcı tədbirlər planlı şəkildə həyata keçirilir. Ordumuza, eləcə də ölkəmizə qarşı düşmən tərəfindən kəşfiyyat-diversiya fəaliyyətinin aparılmasına hərbi qulluqçular tərəfindən bilməyərək və ya qəsdən, həmçinin ehtiyatsızlıq səbəbindən şərait yaradılmaması, gələcəkdə bu kimi hallara yol verilməməsi məqsədilə qanuna müvafiq addımlar atılır.
Qəbul edilmiş qərarlar, əmr və sərəncamlar əsasında təlimatlar hazırlanır və şəxsi heyətə çatdırılır. Düşmən toruna düşməməsi və açıq mənbələrdə xidməti məlumatların, dövlət sirri təşkil edən hərbi informasiyaların yayılmaması məqsədilə şəxsi heyətlə izahedici söhbətlər aparılır. İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin, Azərbaycan Respublikası müdafiə nazirinin və Azərbaycan Ordusunun Baş Qərargah rəisinin qərar və əmrlərinin tələblərinə ciddi riayət edilməsi, informasiya təhlükəsizliyinin pozulmasına şərait yaradan hallara yol verilməməsi məqsədilə nəzarət tədbirləri gücləndirilir, hərbi hissələrdə mütəmadi olaraq şəxsi heyətlə geniş maarifləndirmə tədbirləri təşkil edilir. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbləri hərbi qulluqçulara ətraflı izah edilir, dövlət sirri təşkil edən məlumatların yayılmasının cinayət tərkibli əməl olduğu diqqətə çatdırılır. Qanunun tələblərinə riayət etməyənlər, səhlənkarlığa yol verənlər, əmrlərin tələblərini kobud şəkildə pozanlar barədə qanunvericiliyə uyğun təxirəsalınmaz, zəruri tədbirlər görülür. Müdafiə Nazirliyinin fəaliyyəti əyani surətdə göstərir ki, düzgün kommunikasiya siyasəti həyata keçirildikdə, hadisələrə operativ reaksiya verildikdə bir çox nöqsan və problemlərin aradan qaldırılmasına nail olmaq mümkündür.
Müasir dövrdə narahatedici məsələlərdən biri də ordumuz və hərbi qulluqçularla bağlı təsdiqlənməmiş, dəqiqləşdirilməmiş məlumatların paylaşılmasıdır. Təəssüf doğuran odur ki, bu cür hallara təkcə ayrı-ayrı sosial şəbəkə istifadəçiləri deyil, hətta bəzi internet media portalları, elektron KİV də yol verir. Diqqəti cəlb etmək, izləyici kütləsini genişləndirmək naminə dövlətimizin, ordumuzun maraqları təhlükə altına atılır, əsgər ailələri və ictimaiyyət narahatçılıq, nigarançılıq içində qalırlar. Bəziləri Müdafiə Nazirliyinin çoxsaylı müraciətlərinə məhəl qoymayaraq, bu cür məlumatların yayılmasını davam etdirməkdədir. Bəhs etdiyimiz mövzu həssas olmaqla yanaşı, peşəkar hərbi jurnalistika sahəsində kifayət qədər nöqsanların və çatışmazlıqların olduğunu da üzə çıxarır.
Müdafiə Nazirliyinin “Kommunikasiya strategiyası” da məhz yuxarıda qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə nazirliyin fəaliyyətinin prioritet istiqamətlərinə informasiya dəstəyinin verilməsinə xidmət edir.
“Kommunikasiya strategiyası” üzrə nazirlikdə işçi qrup yaradılıb. İşçi qrupun yaradılması nazirliyin strukturuna daxil olan qurumlar və digər dövlət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyətin operativliyinin təmin edilməsi, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatların qarşılıqlı əlaqədə, operativ hazırlanması, razılaşdırılması və ictimaiyyətə çatdırılmasında vahid səs prinsipindən çıxış etmək zərurətindən irəli gəlir.
“Kommunikasiya strategiyası”nın düzgün şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Hesab edirik ki, “Kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrin səmərəli icrası vətəndaş-dövlət-cəmiyyət münasibətlərinin inkişaf etdirilməsini, vətəndaş məmnunluğunun yüksəldilməsini, eyni zamanda, ordumuz haqqında düzgün ictimai informasiya fonunun yaradılmasını təmin edəcəkdir.
Kommunikasiya siyasətinə məsul rəhbər şəxsin rəhbərliyi altında işçi qrup tərəfindən bu strategiyanın uğurla və effektiv həyata keçirilməsi ölkəmizin maraqlarına xidmət edəcək, həmçinin dövlətimizin, eləcə də Azərbaycan Ordusunun daxili auditoriyada və beynəlxalq miqyasda nüfuzunun artmasına, işgüzar imicinin qorunmasına, ordumuz haqqında düzgün məlumatların dərc edilməsinə müsbət təsir göstərəcəkdir.
Artıq on ilə yaxındır ki, Müdafiə Nazirliyində bu istiqamətdə fəaliyyət həyata keçirilir. Nazirliyin rəsmi saytı, tviter, instaqram, feysbuk kimi media paylaşım şəbəkələri, vatsap, teleqram sistemləri uğurla fəaliyyət göstərir. Müdafiə Nazirliyinin “Kommunikasiya strategiyası” sosial media sahəsində işlərin təşkilini, həyata keçirilməsini, ictimaiyyətlə kommunikasiyanın yaradılmasını, nazirliyin daxili və digər dövlət qurumları ilə operativ əlaqələrinin qurulması, eləcə də ölkəmizdə müdafiə sahəsində həyata keçirilən tədbirlərin, ordumuzda aparılan islahatların, əldə edilən uğurların, tətbiq edilən yeniliklərin təbliğini təmin edən mühüm sənəddir.
“Kommunikasiya strategiyası”dan irəli gələn vəzifələrin icrasını, təbii ki, yaradılan işçi qrup həyata keçirir. Lakin müdafiə nazirinin 2021-ci il tarixli müvafiq qərarı bu işdə nazirliyin bütün qurumlarının və səlahiyyətli şəxslərinin iştirakını da qarşıya vəzifə olaraq qoyur.
Strategiyanın həyata keçirilməsi, hadisələrin düzgün qiymətləndirilməsi və operativliyin təmin olunması, struktur daxilindəki bölmələrarası informasiya mübadiləsinin təmin edilməsi məqsədilə işçi qrup onlayn rejimdə fasiləsiz fəaliyyət göstərir. Hər hansı məlumatın, xəbərin doğru olub-olmamasını günün istənilən vaxtında nazirliyin mətbuat xidməti vasitəsilə dəqiqləşdirmək mümkündür.
İşçi qrupun səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə kommunikasiya sahəsində peşəkar kadrların hazırlanması və işçi qrup üzvlərinin mərhələli şəkildə müvafiq kurslara, seminarlara cəlb olunması, sertifikatlaşdırılması da təmin edilir. Bununla bağlı iş prosesində işçi qrup, eləcə də bu işə maraq göstərən və bu sahədə müəyyən təcrübəyə malik olan hərbi qulluqçuların irəli sürdüyü təkliflər də dəyərləndirilir və müvafiq qərarlar qəbul edilir.
“Kommunikasiya strategiyası”na, əsasən işçi qrupun effektiv fəaliyyət göstərməsini təmin etmək məqsədilə zəruri infrastruktur yaradılır, təkmilləşdirilir. İşçi qrupun müsbət fəaliyyət istiqamətlərindən biri də hesabatlar hazırlamaq, mütəmadi olaraq təhlillər apararaq “Kommunikasiya strategiyası”nın həyata keçirilməsi prosesinin səmərəliliyini artırmaq məqsədilə yeni ideyalar irəli sürməkdir.
Dövlət və cəmiyyət üçün aktual mövzuların işıqlandırılması zamanı yeni yanaşmaların tətbiqi, köhnə təbliğat üsullarından imtina edilməsi və məlumatların cəmiyyət üçün cəlbedici formada çatdırılması da artıq zamanın tələbidir. Nazirliyin “Kommunikasiya strategiyası” məhz bu istiqamətdə qarşıda duran vəzifələrin dəqiqləşdirilməsinə, görəcəyimiz işlərdə yeni forma və metodların tapılmasına, ortaya çıxarılmasına və tətbiqinə kömək edir.
Mətbuatdan izlədiyiniz və bildiyiniz kimi, son illər Müdafiə Nazirliyi media qurumları, ictimaiyyət nümayəndələri ilə qarşılıqlı fəaliyyətə böyük önəm verir, bu işə diqqət daim artırılır. Daxil olan müraciətlərə həssaslıqla yanaşılır və çəkilişlər aparmaq, süjetlər, sənədli filmlər və digər vizual materiallar hazırlamaq üçün lazımi şərait yaradılır.
Bu əməkdaşlığın inkişaf perspektivləri, mediaturların səmərəli təşkili və keçirilməsi, müxtəlif mövzuda brifinqlərin verilməsi, hərbi qulluqçulardan müsahibələrin alınması, hərbi mövzuda filmlərin çəkilişləri, hərbi ekspertlər və blogerlərlə işin təşkili, sosial medianın ictimaiyyətlə əlaqələrə təsiri, eləcə də hərbi və dövlət sirlərinin yayılmasına, vəzifəli şəxslərə - yüksəkrütbəli zabitlərə hədəflənmiş qərəzli mövqelərə qarşı birgə mübarizənin aparılması, həmçinin mövcud boşluqların və nöqsanların aradan qaldırılması yolları da nazirliyin “Kommunikasiya strategiyası”nda əksini tapıb. İnanırıq ki, nazirlik bütün sahələrdə olduğu kimi, bu sahədə də fəaliyyətini səmərəli qurmaqla gələcəkdə daha böyük uğurlar qazanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin