Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

27 Ara 02:54Siyasət

Laçın-Xankəndi yolu: Məqsəd birdir, tələblər yerinə yetirilməlidir - REPORTAJ

Laçın-Xankəndi yolunda dekabrın 12-də başlayan aksiya artıq 15 gündür fasiləsiz şəkildə davam edir.

Havanın soyuq olması aksiya iştirakçılarına mane olmur. Onlar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlar ilə bağlı ilkin monitorinqin aparılmalı olması barədə hər gün mütəmadi olaraq şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri yerinə yetirilmədiyi üçün haqlı etirazları hələ də davam edir.

AZƏRTAC-ın müxbiri Laçın-Xankəndi yolunda aksiya iştirakçılarının bəziləri ilə həmsöhbət olub.

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Əsəd Əliyev qeyd edib ki, hər bir ölkənin gələcəyini, güc potensialını gənclər təşkil edir. Aksiyanın əsas hərəkətverici qüvvəsi kimi gənc könüllülərin fəallığını qeyd edə bilərik. Onlar Laçın-Xankəndi yolunda ölkəmizin milli mənafeyini qorumaq üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hər zaman hazırdırlar.

Gənc könüllünün sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdıqları ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimizə qarşı qanunsuz istismar həyata keçirilir. Bu da hər bir gənc kimi, məni də narahat edir. Etirazlarımızı sivil üsullarla qarşı tərəfə çatdırırıq ki, yanlış əməllərindən çəkinsinlər.

O əlavə edib ki, məqsəd birdir, tələblər yerinə yetirilməlidir.

Rusiya sülhməramlılarının ermənilərin qanunsuz əməllərinin qarşısını almadığını diqqətə çatdıran aksiya iştirakçısı Cavid Qafarov isə deyib: "Əsas məsələ suveren ərazilərimizdə monitorinqin keçirilməsidir ki, bununla da hər şey aydın olacaq. Lakin buna hələ ki, şərait yaradılmayıb. Amma biz də ruhdan düşməyib, daha da həvəslə, istəklə, inanaraq tələblərimizi səsləndiririk".

O qeyd edib ki, ermənilər aksiyaya kölgə salmaq üçün müxtəlif yalan məlumatlar yayırlar. Halbuki, qarşı tərəfin səsləndirdiyi fikirlərin heç bir real əsası yoxdur. Məsələn, ermənilər bildirir ki, guya aksiya iştirakçıları yolu bağlayıblar. Amma bu, tamamilə yanlış məlumatdır. Çünki bu ərazidən hər gün onlarla təminat, tibbi avtomobil maneəsiz hərəkət edir.

Gənc könüllü Nicat Abdullayev aksiyanın məqsədinin dəyişməz olduğunu və sona qədər mübarizə aparacaqlarını vurğulayaraq deyib: “Qış fəsli olsa da, Azərbaycan gəncləri aksiyaya dəstək vermək üçün həvəslə buraya gəlirlər. Bütün çətinliklərə rəğmən, təbii sərvətlərimizin talanmasına imkan verməyəcək, haqq səsimizi ucaldacağıq”.

Nicat Abdullayev əlavə edib ki, heç bir çətinlik aksiya iştirakçılarının bu məqsədə çatmasına mane ola bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin