Xəbər Lenti
17-11-2026, 11:00
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
17-11-2026, 08:59
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
17-11-2026, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
16-11-2026, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
16-11-2026, 12:25
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
03 Şub 15:07Siyasət
Kadri Simson: Cənub Qaz Dəhlizi Aİ-yə qaz təchizatının sabit və rəqabətcil mənbələrdən biri kimi qalacaq
Transadriatik Boru Kəmərində aparılmış sonuncu mütləq sınağın nəticələri hazırkı buraxma qabiliyyətinin iki dəfə artırılmasından xəbər verir. Qaz təchizatı sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin artımı ilə üst-üstə düşür. Həmin qarşılıqlı qətiyyət bu böhranı iqtisadi imkanlara çevirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bildirib.
Aİ komissarı deyib ki, bu tərəfdaşlığın gələcəkdə bizi hansı səviyyədə aparacağını bilməliyik: “Sıxılmış maye qaz təchizatını artırdığımız halda Cənub Qaz Dəhlizi Avropa İttifaqına boru kəməri ilə təchiz edilən qazın az sayda sabit və rəqabətcil mənbələrdən biri kimi qalacaqdır. Bu, həmçinin Azərbaycanla birgə qüvvələrini birləşdirmək üçün Xəzər bölgəsində digər tərəflər üçün potensial qaydada iqtisadi fürsətdir”.