Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

04 Ekm 18:06Dünya

Putinin “cəza mexanizmi” işə düşür – Ermənistana qarşı atılacaq dörd addım

“Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya edən İrəvan Putinin Ermənistana gələcək səfərlərini blokladı”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Paşinyanın birbaşa təlimatı ilə qəbul edilən qərar Rusiyaya qarşı demarşdır:
“Qanun layihəsi oktyabrın 7-də – Putinin doğum günündə qüvvəyə minəcək. Yəni Paşinyandan “ad günü hədiyyəsi”… Başqa sözlə, Putinin Ermənistana gələcək səfərləri bloklandı.
Roma Statutunun qəbulu Rusiya-Ermənistan əlaqələrinin pozulması və Kreml tərəfindən sanksiyaların tətbiqi ilə nəticələnəcək. Ermənistan rəhbərliyi bu addımı Qərbin tapşırığı ilə atdı. Amma Ermənistanın bundan hansısa siyasi qazancı olmayacaq. Bundan Qərbin bəzi mərkəzləri yararlanacaq.
Hesab edirəm ki, Rusiya bundan sonra Ermənistan hakimiyyətinə təzyiqləri artıracaq. Birincisi, Ermənistana satılan qazın qiyməti qaldırılacaq. İkincisi, Rusiyadan Ermənistana daxil olan vəsait azaldılacaq. Üçüncüsü, Ermənistana silah satışına qadağa qoyulacaq. Dördüncüsü, Ermənistanla iqtisadi əlaqələr aşağı düşəcək”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya qazın qiymətini qaldırsa, Ermənistan Gümrüdəki hərbi bazasının çıxarılması üçün kampaniyaya başlayacaq:
“Ermənistanın bu durumda Rusiyaya qarşı atacağı mümkün addımlardan biri də KTMT-dən çıxmaq ola bilər.
Rusiya-Ermənistan əlaqələrinin pozulması Cənubi Qafqazda siyasi sabitliyə töhfə verəcək. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edərsə də, buna nail ola bilməyəcək, çünki Paşinyan daxildə hələ də güclüdür”.