Menu
Xəbər Lenti
Pınar Kür vəfat etdi
Bugün, 09:59

Pınar Kür vəfat etdi

Sessiya başa çatdı
14-07-2025, 11:22

Sessiya başa çatdı

Sabah 39° isti olacaq
11-07-2025, 12:10

Sabah 39° isti olacaq

03 Mrt 03:05Dünya

Arxeoloqlar Xeops ehramında gizli dəhliz aşkar ediblər

Qədim dünyanın salamat qalmış yeddi möcüzəsindən sonuncusu olan Xeops ehramının şimal tərəfində 9 metr uzunluğunda və təxminən 2,10 metr enində gizli və möhürlənmiş dəhliz aşkar edilib.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, dəhliz müasir skan texnologiyasından istifadə edilməklə Misirdən olan bir qrup arxeoloq və elm adamı tərəfindən aşkarlanıb.

Arxeoloqlar dəhlizin hələ ki, hansı funksiyanı yerinə yetirdiyini bilmədiklərini qeyd ediblər və onu “kamera” adlandırıblar, çünki oraya kənardan giriş yoxdur.

Qeyd edək ki, 2017-ci ildə elm adamları Xeops ehramının içərisində daha bir möhürlənmiş 30 metrlik dəhliz kəşf etmişdilər.