“Azərbaycan Alp Turan Klubu”nun yetirmələrinin 29-cu Kikboksinq üzrə Azərbaycan Çempionatında yüksək nailiyyətləri
“Saxla” əmrinə tabe olmayıb polisə bıçaqla müqavimət göstərdi - Zərərsizləşdirildi
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri (VİDEO)
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Venesuelanın BMT-dəki nümayəndəsi: “Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə dəstəyini ortaya qoyub”
Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə öz dəstəyini ortaya qoyub.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın ev sahibliyi ilə təşkil olunan "Dekolonizasiya: Sakit İnqilab" adlı konfransda iştirak edən Venesuelanın BMT-dəki daimi nümayəndəsi, səfir Xoakin Peres Ayestaran deyib.
Diplomat bildirib ki, üç ildir Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində "Bakı Təşəbbüs Qrupu"nun təşkilatçılığı ilə keçirilən konfransda ölkəmiz beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək verməklə hələ də Fransa işğalının davam etdiyi dövlətlərin nümayəndələrinin səsi olub. Eyni zamanda müstəmləkəçiliyə qarşı açıq mübarizəsini ortaya qoyub: "Bu, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi imza atdığı ən uğurlu layihələrdən biridir. Sevinik ki, dövrümüzün ən böyük bəlası olan müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycan öz dəstəyini ortaya qoyub. Azərbaycan uğurla inkişaf edən ölkələrin önündədir”.
“Mən təkcə bu il iki dəfə Bakıya səyahət etdim. Fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılan Qoşulmama Hərəkatının COVID-19-la bağlı sammitində iştirak etmək üçün Bakıda oldum. Daha sonra iyul ayında nümayəndə heyətimizlə Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak üçün Azərbaycanın Xarici İşlər Nazirliyinin dəvəti ilə Bakıya getdik. Bununla bağlı keçirilən tədbirdə bizim Azərbaycanın Xarici İşlər Nazirliyi ilə çox yaxşı məsləhətləşmələrimiz oldu, universitetlərə getdik. Bütün bunlar iki ölkənin münasibətlərinin necə yaxın olduğunu ortaya qoyur", - Venesuelanın BMT-dəki daimi nümayəndəsi əlavə edib.