
Xəbər Lenti
Bugün, 18:21
Kürdəxanıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çarpayıdan düşərək iməkləyiblər”
27-06-2022, 16:16
İntihara cəhd edən direktorun məktəb MACƏRASI: Dubayda olan müəllim Gəncədə necə dərs deyir?
27-06-2022, 12:36
Prezident: “Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı”
27-06-2022, 12:22
Dövlət başçısı: “Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır”
27-06-2022, 12:20
İlham Əliyev: “Bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim”
26-06-2022, 20:00
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək " İctimai Birliyi " Qəhrəmanlarla görüş " adlı tədbir keçirib
26-06-2022, 11:26
Müdafiə naziri: “Azərbaycan Ordusu azad edilmiş ərazilərdə Böyük Qayıdışa töhfələrini verməkdədir”
26-06-2022, 11:17
Azərbaycan-Rusiya sərhədində keçid məntəqəsinin buraxılış gücü üç dəfə artırılacaq
26-06-2022, 11:11
Polkovnik-leytenant İlham Hüseynov: “O yüksəkliyi düşməndən azad etmək çox çətin idi” – MÜSAHİBƏ
25-06-2022, 17:40
Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elşad Həmidovun əziz xatirəsi anıldı
25-06-2022, 09:44
Mustafa Şentop: “Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini gücləndirməliyik”
24-06-2022, 15:15
XİN başçıları Rusiyada Azərbaycanın bir sıra KİV-inin bloklanmasına münasibət bildiriblər
23-06-2022, 11:32
“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi davam edir: Pilotlarımız şərti düşməni məhv etdilər
Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? - AÇIQLAMA

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.
Onun sözlərinə görə, Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir:
“Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb”.
Gürcü mənbələrindən isə bildiriblər ki, sosial şəbəkələrdə yayılan şəkildəki hadisə bu ilin fevral ayında Gürcüstanın Raça bölgəsinin Oni meşəsində baş verib. Belə ki, ovçular bir ayını öldürüblər, bu zaman zağadan çıxan digər ayı onlara hücum edib. Vəhşi heyvan ərazidən qaça bilməyən ovçulardan birini öldürüb və bir ayağını yeyib.
Xatırladaq ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.