Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Ukraynanın əhalisi sürətlə azalır

Ukraynanın əhalisi 23 milyon nəfərə düşüb.
Bu barədə ölkənin keçmiş baş naziri Nikolay Azarov məlumat verib.
"Ölkədə 23 milyon insan qalıb və yalnız 3,5 milyon ukraynalı döyüşləri davam etdirə bilər. Ukraynanın əmək qabiliyyətli gəncləri isə kütləvi şəkildə ölkəni tərk edirlər", - Azarov bildirib.
Keçmiş baş nazir qeyd edib ki, Ukrayna hərbi komissarlarına insanları orduya cəlb etmək tapşırılıb. O bildirib ki, ekspertlər yaza qədər işə qəbul etməyi planlaşdırdıqları 500 minə qədər yeni “könüllü” gözləyirlər.
Eyni zamanda, Azarov xatırladıb ki, sentyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi hərbi xidmətə çağırış şərtlərini sadələşdirib. İndi müxtəlif xəstəlikləri, o cümlədən İİV, hepatit və psixi pozğunluğu olan insanlar səfərbər oluna bilər.
Bu arada, hələ iyunun əvvəlində Ukrayna Gələcək İnstitutunun analitik mərkəzi Ukrayna əhalisinin 29 milyon nəfərə qədər azaldığını və doğum səviyyəsinin əhalinin eyni səviyyədə saxlanılması üçün lazım olan nisbətin yarısına çatdığını bildirib.























































