Xəbər Lenti
26-11-2026, 11:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 08:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 07:17
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
25-11-2026, 06:57
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
Ukraynada matəm elan olundu

Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko teleqramda məlumat verib.
Onun sözlərinə görə, bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.
Kliçko vurğulayıb ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır.
Qeyd edək ki, bu gün Rusiya 40-dan çox raketlə Ukrayna ərazisinə zərbələr endirib. Nəticədə 28 nəfər həlak olub, 112 nəfər yaralanıb.























































