Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
17 Ock 02:59Dünya
Vitali Kliçko: Kiyevin enerji infrastrukturu hər an çökə bilər
Kiyevin enerji infrastrukturu hər an sıradan çıxa bilər, çünki Rusiya mühüm obyektlərə zərbə endirmək imkanına malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Reuters” agentliyinə müsahibəsində deyib.
“Biz çöküşdən danışmırıq, lakin bu, hər an baş verə bilər. Çünki Rusiya raketləri bizim doğma şəhərimiz Kiyevdə və təkcə orada deyil, digər şəhərlərdə də kritik infrastrukturumuzu məhv edə bilər”, - deyə V.Kliçko bildirib.
Kiyev meri əlavə edib ki, Kiyevdə elektrik enerjisi çatışmazlığı təxminən 30 faiz təşkil edir.
Ukraynanın energetika naziri Herman Qaluşenko Kiyev, Vinnitsa, İvano-Frankivsk, Lvov və Xarkov vilayətlərində, eləcə də Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində enerji infrastrukturu obyektlərinə ziyan dəydiyini bildirib. Ukraynanın əksər bölgələrində fövqəladə elektrik enerjisi kəsilib.