Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Kiyevə kütləvi hava hücumu - Dağıntılar var

Rusiya ordusu noyabrın 25-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çoxkombinasiyalı hava hücumu həyata keçirir.
“Qafqazinfo”nun məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib. Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib.
Zərərsizləşdirilən dronlar və raketlər Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.
Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində ilkin məlumata görə, Peçersk, Dneprovsk, rayonlarının çoxmərtəbəli binalarında dağıntılar qeydə alınıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb ki, azı 4 nəfər yaralanıb, 9 nəfər xilas edilib. Yaşayış binaları və mülki infrastruktura ziyan dəyib.
“Peçerski rayonunda 22 mərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələri dağılıb. Xilasedicilər 5-ci mərtəbədəki yanğını söndürüblər. Bir nəfər xilas edilib. Dağıntılar təmizlənir”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, Dneprovsk rayonunda doqquzmərtəbəli yaşayış binasında dağıntı qeydə alınıb. Binanın 6-cı və 7-ci mərtəbələrdə yanğınla nəticələnib. Ümumilikdə 8 nəfəri xilas etmək mümkün olub.
Ukrayna Energetika Nazirliyi açıqlama yayıb ki, hazırda enerji infrastrukturu obyektlərinə kütləvi kombinə edilmiş hücum davam edir. Energetiklər təhlükəsizlik vəziyyəti imkan verən kimi nəticələri qiymətləndirilməsinə və bərpa işlərinə başlayacaqlar.






















































