Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
İnsan alverində təqsirləndirilən qadın cəzasının yüngülləşdirilməsini istəyir
İnsan alverində təqsirləndirilən Təranə İsmayılovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 18-nə təyin edilib. O, cəzasının yüngülləşdirilməsini istəyir.
Qeyd edək ki, Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub. Qeyd olunan faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (insan alveri) və 144-3 (insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) maddələri ilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə T.İsmayılovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.





















































