Xəbər Lenti
4-01-2026, 10:19
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
3-01-2026, 09:14
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
3-01-2026, 08:58
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
3-01-2026, 08:33
2026-cı ilin dəbi, yeni trendlər, kişilərin qarderob seçimi - Tanınmış modelyer-dizaynerlə MÜSAHİBƏ
21 Ara 14:34Mədəniyyət
Əhməd Cavadın əziz xatirəsinə - “Əzilsəm də susmaram!”
Ölkə başçısının istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbin tərəfdaşlığı ilə “Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində “Əzilsəm də susmaram!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlar Yuri Kovalyov adına 229 nömrəli orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına gül dəstələri qoyub və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir 33 nömrəli musiqi məktəbinin xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra şagirdlərin təqdimatında Əhməd Cavadın həyat və yaradıcılığını özündə ehtiva edən kompozisiyalar təqdim olunub, bilik yarışması keçirilib.
Tədbirdə ədibin nəvəsi Almaz Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun professorları və digər qonaqlar iştirak ediblər.
Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə yanaşı, layihə haqqında da öz müsbət fikirlərini bildiriblər. Sonda müsabiqə qalibləri diplom və kitablarla mükafatlandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin