Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

18 Ock 15:03Mədəniyyət

Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq

Yanvarın 18-də Respublika Uşaq Kitabxanasının 2 saylı filialı və 265 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr olunan “And yerimiz” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş oğul və qızlarımız haqqında şagirdlərə ətraflı məlumat verilib, onların əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi bildirilib. Qeyd olunub ki, Azərbaycanın müstəqillik tarixi 33 il əvvəl elə bu gündən başlayıb: “Bakının ən yüksək yerində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir xiyaban var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə qəhrəmancasına həlak olan oğul və qızlarımızın dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il minlərlə insan onların əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq”.

Sonra Xətai rayonu 265 nömrəli məktəbinin şagirdlərinin ifasında şeirlər səsləndirilib və Respublika Uşaq Kitabxanasının 2 saylı filialının hazırladığı ənənəvi kitab sərgisi açılıb. Sərgidə 20 Yanvar hadisələrini əks etdirən kitablar da yer alıb.