Menu
Xəbər Lenti
03 Şub 08:20Manşet / Gündəm

7 fevralda bizə qələbə sevinci yaşadan liderə səs verəcəyik

 

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.                                                     


Dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirən Prezident İlham Əliyev tarix yazmaqda davam edir. Bu gün biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin vətəndaşları olmağın tükənməz qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olaraq qalacaq. 
Ölkə rəhbəri öz titanik dövlətçilik fəaliyyəti, müdrik siyasəti, liderlik keyfiyyətləri ilə ötən 20 ildəki arzuların ana xətti olan Qarabağ amalını vahid hərəkat halına gətirdi, xalqımızı xoşbəxtlik məqamına ucaltdı. Odur ki, cənab İlham Əliyev Azərbaycan xalqının böyük etimad göstərdiyi və rəğbət bəslədiyi alternativsiz liderdir.                                                                                   


Bu gün ölkəmizə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.  Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı.  Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda, Xankəndidə  yenidən dalğalanmasına nail oldu. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi.  Hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gərməsi də dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi.                          


Ədliyyə işçiləri olaraq  hər birimiz 7 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səs verəcəyik.  Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək ədliyyə işçisi olaraq hər birimizin vətəndaşlıq borcudur.


 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.                 Fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün yaşanacaq. Məhz həmin tarixdə xalqımız növbəti yeddi il ərzində ölkəmizə liderlik edəcək şəxsi müəyyənləşdirəcək. Ədliyyə işçiləri olaraq hər birimiz İlham Əliyevin daxili, xarici siyasətini dəstəkləyirik. 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərində   ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən, Azərbaycan xalqına zəfər sevincini bəxş edən, ölkəmizin və xalqımızın adını dünya miqyasında qalibiyyətin ən uca səviyyəsinə çatdıran, qalib Azərbaycan xalqının qalib Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik.                                        


7 fevral - milli həmrəyliyin daha bir təntənəsi olacaq və bütün dünya buna şahidlik edəcək! Biz də ədliyyə işçiləri olaraq  hamımız cənab prezidentimizin ətrafında sıx birləşərək yekdilliklə   yenə də inkişafa, sabitliyə, tərəqqiyə səs verəcəyik.


 İlham Əliyev həqiqətən də hər bir Azərbaycan vətəndaşının prezidentidir. Vətəndaş dara, çətin vəziyyətə düşdükdə öz Prezidentini həmişə yanında görüb, dövlətinin qayğısını hiss edib. Azərbaycan xalqı öz Prezidentinə qopmaz tellərlə bağlıdır. Xalq liderini səmimi-qəlbdən sevir.  


7 fevral xalq-dövlət birliyinin qüdrətinə bütün dünya bir daha şahid olacaq. Azərbaycan xalqı yenə də inkişafa, sabitliyə, tərəqqiyə səs verəcək.  Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək.Hər birimiz  seçkidə öz müdrik qərarımızı  verəcəyik.  Bütöv Azərbaycan olma sevincini bizlərə bəxş edən, Ulu Öndər tərəfindən təməli qoyulan inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən,  Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanan  Prezident cənab İlham Əliyevə səs verəcəyik.


 

Maral Həsənova



Nizami rayon qeydiyyat şöbəsinin rəisi