Xəbər Lenti
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
24 Ağu 15:26Hadisə
Bakıda avtomobil piyadaya xəsarət yetirdi

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 90-ZR-913 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, piyada keçidindən keçən qadını vurub. Piyada xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.





















































