Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ock 10:00Manşet / Gündəm / Sosial

Teymur Rzayev – Vətənpərvər sahibkar, işinin peşəkarı

 

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır". 

Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir. Və bu yöndə Azərbaycanda, mədəniyyət işçilərinə, ziyalılara, iş adamlarına sahibkarlığın inkişafı üçün və o cümlədən də müəyyən sahələrə geniş şərait yaradıldı. “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarı Rzayev Teymur Yaqub oğludu.

Tarixi keçmişimizə nəzər salsaq, görərik ki, vətənpərvərlik anlayışı tarixin bütün dönəmlərində xalqımız üçün böyük önəm kəsb etmiş, bu gün də aktual olaraq qalır. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə Vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə Vətənə, millətə xidmət etməyi birləşdirir. Tarixin bütün dövrlərində Vətənimizin igid oğulları, qeyrətli qızları vətənpərvərliyi ilə seçilmiş, vətənimizin bütövlüyü uğrunda yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmış, Vətən naminə canlarını qurban verməkdən çəkinməmiş, əsl vətənpərvərlik nümunəsi göstərərək şərəfli bir iz qoyub getmişlər. Hər bir vətənpərvər insan işindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq torpağa, dövlətə sədaqətini özünün əməlləri ilə göstərir. Belə insanlardan biridir Teymur Rzayev. Teymur müəllim demək olar ki, bütün vaxtını, dövlətə, dövlətçiliyə xidməti ilə keçirir.

Hər bir xalqın milli dəyərlərinin əsasında vətənpərvərlik dayanır. Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlərboyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Bəli, vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir, sədaqətdir. 

Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarı Teymur Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Teymur müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına, dövlətimizə əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.

Teymur Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmiş və yanında olmuşdur.

Teymur müəllimin şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.

Teymur Rzayev istər vəzifə borcunu, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib. Teymur müəllim bütün sahələrə hər zaman xüsusi diqqət və qayğı göstərir.

Teymur müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Teymur Rzayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Zəruri giriş: RZAYEV TEYMUR YAQUB OĞLU

20 avqust 1966-cı ildə Babək rayonunun Didivar kəndində anadan olmuşdur. 1995-ci ildən 03 yanvar 2005-ci ilədək fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. 03 yanvar 2005-ci ildən 25 oktyabr 2006-cı ilədək “Yaycılı-Yaquboğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin, 25 oktyabr 2006-cı il tarixdən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarı kimi fəaliyyət göstərir. 02 fevral 2002-ci il tarixdə Naxçıvan MR-də sahibkarlıq sahəsindəki uğurlu fəaliyyətinə görə YAP Heydər Əliyev adına Gənclər Birliyi Naxçıvan MR Təşkilatı tərəfindən 2001-ci ilin ən yaxşı “Gənc sahibkarı” adına layiq görülmüş, 10 yanvar 2008-ci ildə AHİK 15 illik “Yubiley medalı” ilə təltif edilmiş, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə 03 avqust 2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə, Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 02 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir.

"Ləzzət Qida Sənaye" MMC-nin əsası 1995-ci ildə qoyulmuşdur.

1995-ci ildə əsası qoyulmuş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyət iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində istehlakçıların maraq və tələbatlarını müvəffəqiyyətlə təmin edən şirkət, həmçinin Rusiya, Almaniya, Türkiyə, Gürcüstan, Çin, Ukrayna, BƏƏ, Hindistan və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distributorluq fəaliyyəti həyata keçirir.

Yerli məhsulların davamlı istehsalı, tanınmış xarici firmalarla ticarət əlaqələrini genişləndirmək, o cümlədən Azərbaycanın bütün bölgələrində müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək başlıca vəzifəmizdir. Avropa standartlarına uyğun avadanlıq və qurğularla təchiz edilmiş, yüksək səviyyəli iş şəraiti yaradılmış, eləcə də davamlı inkişaf üçün böyük potensialı olan şirkət dayanıqlı maddi-texniki bazaya malikdir.

2010-cu ildə “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC fəaliyyətə başlamışdır. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC –də dünya standartlarına cavab verən, gündəlik istehsal gücü 3000 kq olan müasir avadanlıqlar quraşdırılmışdır. Fabrikdə vafli, keks, biskvit və digər qənnadı məmulatları istehsal olunur. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal etdiyi məhsullar az müddət ərzində istehlakçıların rəğbətini qazanmışdır. 

2011-ci ildə isə Naxçıvan Muxtar Respublika əhalisinin keyfiyyətli və ekoloji cəhətdən təmiz quş əti məhsulları ilə təmin olunması məqsədilə “Ləzzət Broyler” MMC təsis olunmuşdur. Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısı olan “Ləzzət Broyler” MMC mütəşəkkil istehsal prosesinə malik müasir müəssisədir.

Burada çalışan təcrübəli mütəxəssislər, qurulan müasir avadanlıqlar və keyfiyyətə ciddi nəzarət olunması sayəsində standartlara cavab verən və alıcıların zövqünə uyğun məhsul istehsalına nail olunmuşdur.

“Ləzzət Qida Sənaye” MMC qazandığı uğurlarla kifayətlənməyərək istehlakçıların keyfiyyətli, dünya standartlarına uyğun və rəqabət qabiliyyətli qiymətə malik məhsullarla təmini üçün bütün imkanlardan istifadə edir . Bizim məhsullarımızı digərlərindən fərqləndirən cəhətlər - əla keyfiyyət, ləzzətli dad, istehsal olunan malların ekoloji cəhətdən təmiz və təbii əsaslı olmasıdır.

İstehlakçıların maraqlarının təmini şirkət üçün mütləq prioritetdir.

Məqsədimiz

İstehlakçılarımıza müxtəlif və geniş çeşidlərdə keyfiyyətli məhsullar təqdim etmək, eyni zamanda ən yaxşı partnyorlarla işləyərək yaxın gələcəkdə regionun və ölkəmizin qabaqcıl qida şirkətlərindən biri olmaq.

Missiyamız

İnsanlara xoşbəxtlik verən qidalar istehsal edərək, yalnız bazar payımızı deyil, ürəklərdəki sevgi payımızı da artırmaq.

Hazırladı: Vüqar Əsədov