Xəbər Lenti
Bugün, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Bugün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Bugün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Bugün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Bugün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Almaniyada prokuror işləmiş kişi övladına cinsi təcavüz edib
Almaniyada keçmiş prokuror övladına qarşı cinsi təcavüzdə təqsirli bilinib.
Məhkəməyə şikayətlə uşağın anası müraciət edib.
Ana qeyd edib ki, uzun illər ailəli olduğu həyat yoldaşı gecə vaxtı dəfələrlə onların ortaq kəbindən olan səkkiz yaşlı oğluna seksual xarakterli hərəkətlər edib.
Lakin ata ilkin dindirilmə zamanı hadisəni xatırlamadığını və lunatizmdən (yuxu zamanı qeyri-iradi hərəkətlər etmək) əziyyət çəkdiyini bildirib.
Məhkəmə keçmiş prokuroru bir il altı ay müddətinə şərti cəzaya məhkum edib.
Öz növbəsində uşağın anası həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
Mənbə: Oxu.az























































