Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
O helikopterə güllə dəyibmiş?

İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində İran Prezidenti Seyid İbrahim Rəisinin də olduğu helikopter qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
“Qəzaya uğrayan helikopterin gövdəsində güllə və ya oxşar vasitələrin təsirinin izləri yox idi”, - məlumatda qeyd olunub.
İdarənin məlumatına görə, Rəisinin olduğu helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb. Onun pilotu digər iki helikopterin ekipajı ilə əlaqə saxlaya bilib.
Qəzaya düşən helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib. Baş Qərargah aydınlaşdırıb ki, qəza yerini İrana məxsus PUA tapıb.
Xatırladaq ki, mayın 19-da qəza zamanı İbrahim Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və Təbrizin imamı Məhəmməd Əli Haşemi də həlak olub.























































