Menu
Xəbər Lenti
Travma Və Bədən
Dün, 19:19

Travma Və Bədən

Özünə Güvən
Dün, 18:14

Özünə Güvən

Əməkdar artist VƏFAT ETDİ
14-09-2024, 09:24

Əməkdar artist VƏFAT ETDİ

TƏBRİK EDİRİK!!!
12-09-2024, 10:37

TƏBRİK EDİRİK!!!

Nikolay Svanidze vəfat etdi
12-09-2024, 09:39

Nikolay Svanidze vəfat etdi

29 May 17:48Manşet / Cəmiyyət

HƏM İDMANDA HƏM DƏ PEŞƏ FƏALİYYƏTİNDƏ MƏSULİYYƏTLİ ZABİT AYDIN HƏŞİMOV

 

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə böyük idman tədbirlərinin keçirilməsi ənənə halını alıb. Ölkəmiz təkcə idmanda yox, dünya tarixinə mədəni, elmi və ədəbi töhfələr verən, böyük tarixi şəxsiyyətlər yetirən, adı, imzası bəlli olan bir xalq kimi də dünyanın diqqətini cəlb edən bir vətəndir.   Bəzi uğurlu addımlarımız var ki, dünya səviyyəsində çıxış etdiyimiz zaman şərəf rəmzimiz olan bayrağımız dalğalanır və dövlət himnimiz səslənir. Həmin anları bizə yaşadan idmançılarımızdan biri də Aydın Həşimovdur.     


    Aydın Həşimovun uğurları ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış bir çox gənclərimizin isə idman fəaliyyəti ilə məşğul olmasına təkan vermişdir.


    Dünya səviyyəsində bayrağımızı dalğalandırn, dövlət himnimizi səsləndirən idmançımız Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik- leytenantı Aydın Balaşah oğlu Həşimovdur.


  Həşimov Aydın Balaşah oğlu  29.05.1978-ci ildə Bakı şəhərində anadan olub, o, 1995-ci ildə orta məktəbi bitirib.1988-1999-cu illərdə Lokomotiv idman cəmiyətində cudo idman növü ilə məşğul olub. 2001-2003-cü illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində sambo idman növü, 2003-cü ildən isə ciu-citsu idman növünə keçid edib. Ciu-citsu Federasiyasının Milli yığma komandasının üzvü, 2005-ci ildən Ciu-citsu Federasiyasının təlimatçısıdır. Aydın Həşimov Ciu-citsu üzrə qara kəmər sahibidir.


Aydın Həşimovun idman fəaliyyəti sırf idmanla məşğul olmaq deyil məhz məşğul olduğu idman növləri üzrə ölkə hüddularından kənarda təhsil almışdır.Buna görə də əsas hallarda aydın Həşimov adı gələndə məhz hərəkətləri elmə  əsaslann xüsusi texniki fəndlər yada düşür.Belə ki, Aydın Həşimov Daxili Qosunların xüsusi təyinatlı dəstələrin əməkdaşları üçün gizirlər məktəbini, Çin Xalq Respublikasının Şıcyajuan şəhərində Xüsusi təyinatlılar akademiyasının xüsusi əməliyatların hazırlanması fakultəsinin xüsusi təyinatlı bölüyündə, Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının  Hüquq-muhafizə və təhlükəsizlik  orqanların, polis əməkdaşlarının taktiki-texniki təlimi, silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə hazırlanmasını,Çin Xalq Respublikasının Quanjou səhərində Hərbi idman akademiyasının Uşu-sanda  idman növü fakultələrini əla başa vurmuşdur.


Aydın Həşimov-2007-ci ildə Tiflis şəhərində keçirilən “Transcontinental Grand Prixe Silwer Sword” peşəkarlar yarışının çempionu


2007-ci ildə Yalta şəhərində keçirilən dünyaçempionatın –“kik-citsu” idman növü üzrə keçirilən dünya çempionatının ən texnikalı idmançısı”


 2009-cu ildə Dağıstan-Maqaramkənd MMA-üzrə keçirilən  (qarışıq döyüş növləri üzrə )Rusiya – MDB-finalçısı


2010-cu ildə Özbəkistanda Asiya çempionatının “Güc Qurumları arasında əlbəyaxa döyüş üzrə çempion


2010-cu ildə Semferopol  da “Free fight” döyüş növləri üzrə peşəkarlararası dünya kubokunun qalibi


2012-ci ildə Çin Xalq Respublikasının Quanjou şəhərində, Hərbi İdman akademiyasında keçirilən “Güc qurumları arasındaUşu-sand”a üzrə Super Turnirin çempionu


2018-ci ildə Polşa şəhərində keçirilən “MMA”(qarışıqdöyüşnövləri) – Avropa çempionatında qalib olaraq çempion adına layiq görülmüşdür.


2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti- Hərbi xidmətlərə görə medalı ilə


2020-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına


DİN- in Daxili Qoşunların xidmətdə fərqləndiyinə görə döş nişanı ilə


DİN- in Əla xidmətlərə görə döş nişanına layiq görülmüşdür.


Təkcə titullarına diqqət yetirsək, onun idmanın hansı pilləsində qərarlaşdığını görə bilərik.


Aydın Həşimovun adı gələndə gözlərimiz önünə ən yüksək arenalarda dalğalanan üçrəngli bayrağımız gəlir. Bilirik ki, hansı yarışda onlar varsa, demək, orda qalibiyyət bizimdir. Polis polkovnik-leytenantı idmanda sözünü deməklə yanaşı, bu gün asayişin qorunmasında da vəzifə borcunun öhdəsindən layiqincə gəlir. 


  Aydın Həşimov hər zaman ən güclü rəqiblərə görüşərək qələbə qazanmışdır, çünki onun bir məqsədi olub, yaxşıların yaxşısı olsun deyə və o, öz devizinə hər zaman sadiqdir və bütün döyüşlərində bunu sübut etmişdir.


  Aydın Həşimova idmanda qazandığı uğurlarına görə təşəkkürümüzü bildirərək yeni uğurlar arzulayırıq.


 

 Nəbizadə Könül Faxrəddin qızı