Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil-Foto
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
Səmayə Həşimova: Polad Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam
Bu sözləri "Report”un yerli bürosuna açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib:
"Tovuz döyüşlərindən sonra xalq ayağa qalxdı və bu, 44 günlük Vətən müharibəsi ilə nəticələndi, Qarabağımız işğaldan azad olundu.
Bizim ailədə belə bir övladın dünyaya gəlməsi ilə, onun anası olmağımla fəxr edirəm.
Onunla bağlı arzularım sonsuz idi. Polad Həşimov Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam”.
Qeyd edək ki, 2020-ci il Tovuz döyüşlərindən artıq dörd il ötür. Həmin döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhid olub.