Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
“Xıllı Balıq” MMC nərəcinsli balıqların hərracını həyata keçirəcək

Avqustun 20-si saat 11:00-dan başlayaraq nərəcinsli balıqların hərrac vasitəsilə satışı həyata keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, “Xıllı Balıq” MMC tərəfindən akvakultura üsulu ilə yetişdirilmiş balıqlardan 330-nun çəkisi 2-8 kq arası,500-nün orta çəkisi isə 0.5-0.6 kq olacaq.
Hərracda iştirak etmək istəyən şəxslərdən hərrac gününə 3 gün qalana qədər, yəni avqustun 17-dək müvafiq sənədləri (sifariş, şəxsiyyət vəsiqəsi, VÖEN və rekvizitləri) elektron qaydada elanda qeyd olunan elektron poçtaya və ya kağız daşıyıcıda aşağıda qeyd olunan ünvana göndərilməsi tələb olunur.
Digər yarana biləcək suallarla bağlı aşağıdakı əlaqə vasitələri ilə müraciət edilə bilər.
Mob: +994 50 573 09 99 (saat 10:00-18:00)
Email: [email protected]
Ünvan: Neftçala rayonu, Xıllı qəsəbəsi, “Xıllı Balıq” MMC























































