Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
31-05-2025, 11:31

Xəzərdə zəlzələ oldu

Sabah 36 dərəcə isti olacaq
31-05-2025, 11:21

Sabah 36 dərəcə isti olacaq

Saleh Səmədov həbs edildi
31-05-2025, 11:17

Saleh Səmədov həbs edildi

Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:12

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

23 Eyl 07:12Manşet / Kriminal

Maşınla üstündən keçildiyi deyilən kişinin qətlinin - Detalları+video

 

Xəbər verdiyimiz kimi, Yevlaxda 39 yaşlı kişinin üstündən avtomobillə qəsdən keçilərək öldürüldüyü deyilir.

“Qafqazinfo”nun məlumatına görə, qətl hadisəsi rayonun Nizami parkı yaxınlığında baş verib.

Rayon prokurluğuna 39 yaşlı Elvin İbrahimovun ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 43 yaşlı  Zamin Cavadovun şəxsi münasibətlər zəminində Elvin İbrahimovu avtomobillə vurmasına, daha sonra isə həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun yaxınları iddia edirlər ki, şübhəli şəxs əvvləcə Elvinin idarə etdiyi minik avtomobilini öz maşını ilə vurub, sonra isə özünün üzərindən keçib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: