Xəbər Lenti
Bugün, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
21-07-2026, 20:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 11:10
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
İsrail Livandakı döyüşlərdə bu qədər hərbçi itirib
İsrail ordusu ilk dəfə Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı həlak olan əsgərlərinin sayını açıqlayıb.
“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, quru əməliyyatı zamanı İsrailin səkkiz əsgəri həlak olub.
Bildirilib ki, ölənlərdən üçü kapitan, üçü çavuş, ikisi isə baş çavuşdur.
Qəzza zolağında və Fələstin anklavının sərhədləri boyunca əməliyyat başlayandan bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb.
Yaxın şərqdə vəziyyətin gərginləşdiyi 2023-cü ilin oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 723 nəfərə çatıb.























































