Xəbər Lenti
Bugün, 11:41
Ağsu rayonunun Ərəbuşağı-Ağalarbəyli kəndlərinin girişində vətənpərvər İlham Ağayev Zəfər Tağı inşa etdirib.
19-02-2025, 13:02
“Oynayaraq öyrənirik! İbtidai sinif şagirdlərinin məktəbdə fiziki fəallığının artırılması proqramı” uğurla yekunlaşıb
Sərxoş halda pilləkəndən yıxılan 26 yaşlı oğlan öldü
Ötən gecə Daşkəsəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, saat 22 radələrində Vəliyev Emin Nizami oğlu sərxoş vəziyyətdə yaşadığı binanın pilləkənindən yıxılıb.
Belə ki, 26 yaşlı Emin Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının blokunda pilləkənləri qalxarkən müvazinətini itirib. Nəticədə o, yuvarlanaraq 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşüb.
Gənc oğlan aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.