Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

09 Mrt 07:47Manşet / Gündəm

Piyadanın ölümünə səbəb olan məmur iftardan qayıdırmış

piyadanin-olumune-sebeb-olan-memur-iftardan-qayidirmis

Xəbər verdiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov Qaxda piyadanı vuraraq ölümünə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı DSMF məlumat yayıb.

Bildirilib ki, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib.

“Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin həkimlərin  bütün səylərinə  baxmayaraq, həmin şəxs vəfat edib. 

Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək”.