“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”
Həkim satın aldığı körpəni yerə salıb başqa adla xəstəxanaya apardı - Türkiyədə qalmaqal
Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR
“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”
“Yumurcak” filmlərindəki tərəf-müqabilim, hər şeyim…”
Aktyor İlker İnanoğlu anası Filiz Akına vida paylaşımı edib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabındakı paylaşımında mərhum anası ilə bağlı bunları yazıb:
“Canım anam, ən yaxın dostum, sirdaşım Filiz Akın… Bu dünyada məni ən çox sevən insan, “Yumurcak” filmlərindəki tərəf-müqabilim, hər şeyim… Zərifliyin, kübarlığın, mərhəmətin və əlbəttə inanılmaz gözəlliyinlə ölkəmizin insanlarının qəlbində taxt qurdun, kraliça oldun. Səninlə vidalaşmaq çox çətindir… Allah rəhmət eləsin, məkanın cənnət olsun. Nəvən Alecin dediyi kimi cənnətdəki ən uzun ağacın altında görüşərik. Orada bizi gözlə. Səni hər şeydən çox sevən oğlun İlker İnanoğlu və nəvən Alec Berker İnanoğlu. Bütün sevənlərinə başsağlığı veririk”.
Qeyd edək ki, İlker “Yeşilçam”ın məşhur “Yumurcak” filmində anası Filiz Akınla birgə rol alıb.




