Xəbər Lenti
Dün, 13:08
Oyun meydançasından çəkiliş meydançasına - Balaxanı neftçilərinin futbol komandası filmdə yer aldı
26-07-2025, 09:34
Özbəkistan Prezidentini təhqir edən şəxslə bağlı açıqlama - Azərbaycanda tutulmuşdu
25-07-2025, 19:50
Beyləqanda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib
25-07-2025, 09:42
“TuranBank” beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib - 3 illik
Keçmiş prezident ölkəsinə qayıtsa, həbs ediləcək
Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev vətəninə dönəcəyi təqdirdə həbs ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Kamçıbek Taşiyev öz "Facebook "səhifəsində bildirib.
"Ali Məhkəmənin Bakiyevə qarşı çıxardığı hökm qüvvədə qalır, ona görə də Qırğızıstana qayıdarsa, sərhədi keçdikdən dərhal sonra həbs olunacaq", deyə MTK rəhbəri respublika Konstitusiya Məhkəməsinin sabiq prezidentlə bağlı qərarını şərh edərkən yazıb.
Bakiyev 2010-cu ildə inqilab nəticəsində devrilib. Hazırda Belarusda yaşayır. 2014-cü ildə siyasətçi Bişkekdəki aksiyanımn gülləbaran edilməsinə görə ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra cəza yüngülləşdirilib. 2023-cü ildə o, korrupsiya ittihamı ilə qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakiyevin ümumi cəzası 30 il olub. 2021-ci ildən vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə axtarışa verilib.
Bu il aprelin 11-də Qırğızıstanın Konstitusiya Məhkəməsi məhkəmədə onun şəxsi iştirakı ilə Bakiyevin hökmündən apellyasiya şikayəti verilməsinə icazə verib.
Aydın