Xəbər Lenti
29-03-2026, 17:31
Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
28-03-2026, 08:22
DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur
İTV: "Bakıya məsul məmurlar "Təbiət" fənnindən kəsildi"
"Bakı az qala suyun altında qaldı. Baharın gözəl çağında təbiət bizi imtahan etməyə vaxt tapdı”.
Qaynarinfo-nun məlumatına görə, bu sözləri jurnalist Nigar Sabirqızı "İTV Xəbər Yekun”un budəfəki buraxılışında ölkəyə yağan güclü yağışın geridə qoyduğu mənzərəni şərh edərkən deyib:
"Təbiət fənnindən kəsilən isə, yenə şəhər təsərrüfatından məsul məmurlarımız oldu. Halbuki, oktyabrda Bakıya yağış yağanda nöqsanlara yol verildiyini etiraf etmişdilər. Altı ay əvvəl Sabunçu tunelində yağış suyundan ölüm hadisəsi olanda, ümid etmişdik ki, bəlkə, bundan sonra məsul qurumlar lazımi tədbir görər. Bəlkə də, tədbir görüblər. Amma biz oktyabrdakı və bu həftəki Bakı arasında bir fərq görmədik”.
Ətraflı İTV-nin videomaterialında:























































