Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
“Vətəndaşlara çağırış etmək lazımdır, evlərinizi sığortalayın...”

“Çox təəssüf ki, təbii fəlakətdən zərər çəkən vətəndaşların bir qisminin evləri, torpaqları sığortasız olur”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Sığorta olunmadıqda problemlər yaranır, bu da dövlətin üzərinə düşür. Vətəndaşlara çağırış etmək lazımdır, evlərinizi, mülkiyyətinizi sığortalayın ki, hansısa situasiyada daha ağır vəziyyətə düşməyəsiniz”, - deyə millət vəkili qeyd edib.
Komitə sədri Siyavuş Novruzov isə əlavə edib ki, sığorta çox ciddi məsələdir: “Hətta meyvə bağlarının, mal-heyvanın və digərlərinin də sığortalanması vacibdir. Bu, böyük qiymət tələb etmir. Hər gün xəbərlərdə görürük ki, üç ev bir rayonda, iki ev digərində yandı. Əvvəl-axır vətəndaşlar hər biri də dövlətin, bələdiyyənin üzərinə gəlir ki, bərpa işlərinə yardımçı olsun. Lakin sığorta eləməklə vətəndaş öz problemini həll etmiş olur”.
Nuranə Daxilqızı























































