Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Deputat yenidən şəhid ailələrinin yanında
Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər təşkilatının qərargahında növbəti vətəndaş qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, deputat qəbul zamanı müxtəlif əhali və iş qrupundan olan vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə, şəxsi və həll edilməli olan problemləri ilə maraqlanıb.
Vətəndaşların qaldırdıqları məsələlər əsasən məşğulluq, sosial müdafiə, kommunal, kredit ödənişləri, məişət və s. xarakterli olub.
Görüş zamanı şəhid ailələri və qazilərin, xüsusi yardıma ehtiyacı olan vətəndaşların səsləndirdikləri bir çox məsələlər yerindəcə həll edilib, həmçinin xəstələrin müalicəsi məqsədilə maddi yardımlar olunub.
Daha sonra parlamentari iki şəhid ailəsini ziyarət edib. Onlardan birinin evində çatışmayan məişət avadanlıqlarının təchizini, digərinin isə əməliyyat xərclərini öz üzərinə götürüb.
Deputatın vətəndaşlarla görüşləri davam etdiriləcək.
































































