Xəbər Lenti
Bugün, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Bugün, 08:38
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
Kürdən 19 yaşlı gəncin MEYİTİ TAPILDI
Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, o, Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü Məmiyev Eldəniz Cabir oğludur.
Məlum olub ki, 19 yaşlı gənc Kür çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.