Xəbər Lenti
Bugün, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Dün, 09:53
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
16 Eyl 06:12Manşet / İqtisadiyyat
Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı

Azərbaycan 2026-ci ildə dövlət büdcəsinin 3 milyard 125,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında yer alıb.
Məlumata görə, borclanma 2 milyard 600,6 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 83,2 %-ni təşkil edəcək.
Eyni zamanda kəsirin 400.0 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125.0 milyon manatının (4,0 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.























































