Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Xurmanın orqanizmə faydaları

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.
“Qafqazinfo” xəbər verir ki, xurmanın tərkibində kalsium, dəmir, fosfor, kalium, maqnezium və sink var. A və B vitaminləri ilə yaddaşın gücləndirilməsini dəstəkləyir və yaddaş itkisinin qarşısının alınmasında faydalıdır.
Xurma antioksidantla zəngin qidadır. Antioksidantlar hüceyrələri bədəndə zərərli reaksiyalara və xəstəliklərə səbəb olan sərbəst radikallardan qoruyur.
Həmçinin, xurmanın tərkibində xroniki xəstəliklərin risklərinin qarşısını almağa kömək edən polifenollar var.
Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir.
Bu qida tərkibindəki vitamin və minerallar sümükləri sağlam saxlamaq və osteoporoz kimi sümüklə əlaqəli sağlamlıq problemlərinin qarşısını almaq üçün vacibdir.
Tərkibində yüksək miqdarda enerji olan xurma gün ərzində lazım olan enerjinin bir hissəsini qarşılamaq üçün asan yol hesab edilir. Xurma həm də inkişaf çağında olan uşaqlar üçün sağlam enerji mənbəyidir.
Tərkibindəki B vitamini ilə Alzheimer xəstəliyindən qoruyur. Müntəzəm və ölçülü istehlak edildikdə bu cür xəstəliklərə tutulma ehtimalını azaldır.
Tərkibindəki zəngin maddələr sayəsində həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsində, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır. Həmin faydalı xüsusiyyətinə görə xurmanın xüsusilə də hamilə və süd verən qadınların da istehlak etməsi tövsiyə olunur.
Beləliklə xurma:
1. Ürək sağlamlığını qoruyur.
2. Antioksidantlarla zəngindir.
3. Yaddaşı gücləndirir.
4. Xolesterolu balanslaşdırır.
5. Beyin sağlamlığını gücləndirir.
6. Dərini cavanlaşdırır.
7. Göz sağlamlığını gücləndirir.
8. Anemiyaya xeyirlidir.
9. Stressi və yorğunluğu aradan qaldırır.
10. Həzmi asanlaşdırır.
11. Mikrob və infeksiyalarla mübarizə aparır.
12. Sümükləri gücləndirir.
Xurma mütəmadi olaraq, ancaq norma daxilində istehlak edilməlidir.





















































