“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Bu, birbaşa ölümə doğru atılan addımlardır”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:
“Baş Dövlət Yol Polisi İdarəsi piyadaların və sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlərini davam etdirir.
Yollarda hər bir hərəkət iştirakçısının davranışı birbaşa təhlükəsizlik mühitinə təsir edir. Xüsusilə piyadalar üçün bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır. Təəssüf ki, müşahidələr göstərir ki, bəzi hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmədən, nəqliyyat vasitələri üçün yüksək sürət nəzərdə tutulan yol sahələrini keçməyə cəhd edirlər. Belə addımlar, sözün əsl mənasında, birbaşa ölümə doğru atılan addımlardır.
Sürücü yüksək sürətlə hərəkət edərkən, qəfil qarşısına çıxan piyadanı görsə belə, avtomobilin tam dayanması üçün müəyyən məsafəyə ehtiyac duyulur. Fiziki olaraq belə hallarda qəzanın qarşısının alınması çox vaxt mümkün olmur. Bu səbəbdən, yolun hərəkət hissəsinə məsuliyyətsiz daxil olmaq təkcə qayda pozuntusu deyil, həm də həyatı riskə atmaq deməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, yol hərəkəti qaydalarına ciddi yanaşmağı, yalnız piyada keçidləri və işıqforla tənzimlənən yerlərdən istifadə etməyi, eyni zamanda, avtomobil axınının sıx və sürətli olduğu yollarda ehtiyatlı olmağı tövsiyə edir.
Unutmayaq ki, bir anlıq tələskənlik bəzən geri dönüşü olmayan faciəyə gətirib çıxarır”.




















































