"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Luvrdan oğurlanan əşyaları bu şirkətə satmaq istəyiblər

Luvrdan oğurlanan qiymətli əşyaların bir hissəsi İsrailin “CGI Group” şirkətinə təklif olunub.
“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
“Luvr soyğunundan beş gün sonra bizimlə “CGI Group”un rəsmi saytı vasitəsilə özünü oğruların nümayəndəsi kimi təqdim edən bir şəxs əlaqə saxladı. O bizdən oğurlanmış sənət əsərlərinin alınması barədə razılığa gəlmək istəyib-istəmədiyimizi soruşdu və cavab vermək üçün 24 saat vaxt verdi” - şirkətin baş direktoru Tsvika Nave nəşrə bildirib.
Şirkət rəhbəri söyləyib ki, uzun yoxlamalardan sonra onlar naməlum şəxsin həqiqətən də oğurlanmış qiymətli əşyaların bir hissəsinə sahib olduğu qənaətinə gəliblər. “CGI Group” bu barədə Fransanın hüquq-mühafizə orqanlarına məlumat verib, lakin bu, oğurlanmış sənət əsərlərini geri qaytarmağa kömək etməyib.
Xatırladaq ki, oktyabrın 19-u naməlum şəxslər Luvr muzeyinə daxil olaraq imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlayıblar. Artıq hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.






















































