Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu
Heydər Əliyevin yenilməz iradəsi hesabına müstəqil Azərbaycan dövləti formalaşmışdır-Könül Nəbizadə
Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib.
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı araşdırma aparılıb və cinayət işi başlanıb
Göygöl Şərab Zavodu Çində 8-ci Beynəlxalq İdxal Sərgisində

Göygöl Şərab Zavodu AZPROMO ilə birlikdə 5–10 noyabr 2025-ci il tarixlərində Şanxay şəhərində keçirilən 8-ci Beynəlxalq İdxal Sərgisində (CIIE) uğurla iştirak edib. Dünyanın ən böyük ticarət platformalarından biri olan bu sərgi Azərbaycan məhsullarının beynəlxalq miqyasda təqdimatı və ixrac imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Qafqazinfo” xəbər verir ki, Göygöl Şərab Zavodu sərgidə Azərbaycana aid pavilyonda ölkəmizin ən qədim şərabçılıq ənənələrini, 165 illik tarixi irsə malik olan istehsalat mədəniyyətini və geniş məhsul çeşidlərini ziyarətçilərə təqdim edib. Qonaqlara zavodun premium şərabları, brendi məhsulları və digər spirtli içkiləri haqqında məlumat verilib, eyni zamanda dequstasiyalar təşkil olunub.
Tədbirdə iştirakın əsas məqsədi – Azərbaycanın zəngin şərabçılıq mədəniyyətinin Çin ictimaiyyətinə tanıdılması, ölkəmizin qədim enoloji irsinin beynəlxalq arenada daha geniş təqdimatı və ixracın artırılmasıdır.
Qeyd edək ki, spirtli içkilər sektorunda milli brendin tanıdılması və satış kanallarının artırılması məqsədilə beynəlxalq əməkdaşlıqları genişləndirmək Göygöl Şərab Zavodunun əsas hədəflərdəndir. Şirkət beynəlxalq sərgilərdə yerli istehsal gücü və keyfiyyət standartlarını nümayiş etdirərək ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə töhfə verməyə davam edir.
160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun təqdim etdiyi “Xan 1860”, “Göygöl”, “Karabakh” markaları və digər araq, şərab, konyak və şampan məhsulları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanıb.






















































