Menu
Xəbər Lenti
Sarımsağın faydaları
Bugün, 05:19

Sarımsağın faydaları

Prezident açılışda
22-11-2025, 09:29

Prezident açılışda

25 Kas 05:21Manşet / Dünya

ABŞ Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb

abs-ukraynadaki-muharibenin-maliyyelesdirilmesini-dayandirib

ABŞ Prezident Donald Trampın qərarından sonra Ukraynadakı münaqişənin maliyyələşdirilməsini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib.

“Prezident Tramp bu müharibənin maliyyələşdirilməsini dayandırıb, lakin ABŞ NATO-ya külli miqdarda silah satmağa davam edir. Biz bunu əbədi olaraq edə bilmərik. Prezident bu müharibənin bitməsini istəyir”, - deyə mətbuat katibi bildirib.

Livitt Trampın milli təhlükəsizlik qrupu ilə Ukrayna nümayəndə heyəti arasında, xüsusən də Dövlət katibi Marko Rubio ilə xüsusi elçi Stiv Uitkoff arasında Cenevrədə keçirilən “çox məhsuldar danışıqlardan” danışıb.

O qeyd edib ki, onlar 28 bəndlik sülh planını “dərin şəkildə” inkişaf etdirə biliblər və “yalnız bir neçə fikir ayrılığı qalıb”.

Livitt Trampın “razılaşma ehtimalına ümidli və nikbin” olduğunu deyib.