Menu
Xəbər Lenti
2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

Millimiz Bakıda uduzdu
1-12-2025, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

05 Ara 06:28Manşet / Sosial

DYP yağışlı hava ilə bağlı çağırış etdi

dyp-yagisli-hava-ile-bagli-cagiris-etdi

“Hazırda respublika ərazisində müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır”.

“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı xatırladıb.

“Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi seçməyə çağırır”, - məlumatda deyilir.